Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Ayxan Abbasov: “Məqsədimiz başqadır”

Ayxan Abbasov: “Məqsədimiz başqadır”

Apasport saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı baş tutub.

Apasport.az xəbər verir ki, mütəxəssis Tacikistan yığması ilə keçiriləcək beynəlxalq yoldaşlıq oyunundan öncə jurnalistlərin suallarını cavablandırıb:

“Bilirsiniz, qarşıda 4 oyunumuz var. Millətlər Liqasından öncə yoldaşlıq matçımız var. İlk dəfə qısa vaxtda 4 oyunumuz olacaq. Sabah baş tutacaq oyuna gəldikdə… Son matçlarında heç-heçə ediblər. Bir çox görüşdə qələbə qazanıblar. 4-5 futbolçumuz bu gün ilk məşqinə çıxacaq. Bəziləri bizə gec qoşuldular. Bundan sonra bizi 3 ağır oyun gözləyir. Hazırlığımızı buna görə tənzimləyəcəyik. Azarkeşlərimizin önündə oynayırıq. Sabah qələbə qazanmaq istəyirik”.

- Niyə məhz Tacikistan millisi ilə yoldaşlıq görüşü keçirmək qərarına gəldiniz? 
- Yoldaşlıq görüşləri məcburidir. Biz D Liqasındayıq. C Liqasında turnir başlayır. Boş rəqib tapmaq olmur. Buna görə Asiya təmsilçilərinə üz tuturuq. Onlar da Bakıya gəlməyə razı oldular. Bir-birimizə yaxın komandalarıq. Yaydakı toplanışda da rəqibləri gücümüzə görə seçmişdik. Bizə də belə komandalara qarşı oynamaq lazımdır. Son 2 oyunda qol epizodlarından yararlana bilmədik. Əvvəl özümüzdən üstün komandalarla qarşılaşırdıq. Bu komandalarla matçlarda yığmamız özünə güvənərək oynamalıdır.

- Sabah əsas strategiyanız nə olacaq? 
- Bir oyunun səfərdə olması üstünlükdür. Litva səfəri də ağırdır. 5 saat yarım uçuşdur. Bunu 1 aydan çoxdur təhlil edirik. Mahirin komandasının təxirə salınmış matçı var. Oynasa, 10-12 matça çıxmış olacaq. Futbolçunun zədələnmək ehtimalı çoxalır. Dəyişikliklər etmək məcburiyyətindəyik. Fərqli heyətlərlə oynayacağıq. Elə futbolçular olacaq ki, 4 matçda da çıxış edəcək.

- Nərimanın hazırlıq durumu necədir? 
- Bütün futbolçular bizim nəzarətimizdədir. Nəriman Axundzadənin Türkiyə klubuna keçməsinə sevindik. O, “Ərzurumspor”da son vaxtlar şans qazanmır. Özü ilə də danışırıq. Legioner həyatı yaşayan futbolçularla söhbətlər edirik. O, mütləq davamlı oynamalıdır. Son görüşlərdə 1 dəqiqə belə forma geyinməyib. Onun üçün hazırda U-21 daha yaxşı variantdır.

- Şahruddin niyə dəvət edilmədi? Rəvan Səlahət Ağayevdən güclüdür? 
- Adlara toxunsaq, hər kəs özü namizədini irəli çəkəcək. Emil Balayev “Neftçi”də, Aydın isə “Zirə”dədir. Rəvan perspektivli gənc futbolçudur. Şahruddin Azərbaycan millisi üçün önəmlidir. Bəzi futbolçuları yığmamızda qazana bilmişik. Şahruddinə çempionatda şans verilsəydi, yığmaya cəlb edə bilərdik. Səlahət Ağayev çox yaxşı insandır. Bir neçə ildən sonra onu milli komandaya biz cəlb etdik. Onu “Qəbələ”dən dəvət etdik, şans verdik. Siyahımızda var idi. Razılaşaq ki, gənclərə şans verməliyik. Bu yolu seçmişik. Məsələn, Edqar, Oruc və s. Yeni oyunçular tapmaq lazımdır. Onların millini hiss etməsi önəmlidir. Rüfət Abbasovun keçdiyi yola baxmaq lazımdır. Onda dəyişiklikləri hiss edirdim. Rüfət hazırda millinin əsas futbolçularındandır. Gənclərə şans veririk.

Bizim məqsədimiz başqadır. Hansı komandalara getmişiksə, oradakı oyunçulara qarşı fikirlərimiz dəyişib. Məsələn, Mahir Emreli nümunəsi var. Onlar Mahirin komandanın lideri olacağından bəhs etdilər. Digər oyunçularımız barədə bizə suallar verdilər. “Bursaspor”da da olduq.

- Toral Bayramovla söhbətləriniz olub? Psixoloji durumunu necə qiymətləndirirsiniz? 
- Bütün klublarla sıx əlaqədəyik. Hamısına təşəkkür edirəm. Toralda adaptasiya məsələsi var. Bəzən düzgün klub seçməyə bilərlər. Bu, normaldır. Onun başqa təklifləri oldu. Seçimi Türkiyədən yana oldu. Məncə, o, səbrli olsa, “Bursaspor”da oynaya bilər. Baş məşqçinin son matçda Toralı niyə oyundan çıxartdığını anlamadım. Bəlkə də, öz millətlərinə qarşı sevgiləri çoxdur. Bayramovun sabah meydanda olmaq şansı çoxdur.

- Son 2 mövsümdə legioner həyatı yaşayan futbolçuların artmasının səbəbini nə ilə əlaqələndirirsiniz? 
- Təkliflərdən asılıdır. Futbolçularımıza yaxşı təkliflər oldu. “Qarabağ”ın Çempionlar Liqasında çıxış etməsi digər klubların diqqətini cəlb etdi. Yaxşı təklif olanda, oyunçular dəyərləndirir. Mən gənclərin legioner həyatı yaşamasının tərəfdarıyam. Murad Məmmədov zədələnməsəydi, yığmaya cəlb edəcəkdik. “Neftçi”də az şans qazanmaqdansa, legioner həyatı yaşamaq yaxşıdır.

- Bir çox ölkələr milli komandalarına fikir vermirlər. Bizdə necədir?  
- Praktikada var. Bizdə isə klubların inkişafı olmasa, nəhəng klublar Azərbaycana gəlməz. Çempionatımızın zəif görünməsinin səbəbi stadionlar, işıqlandırma və azarkeşlərdir. Gəncə şəhər stadionu, məsələn. Evlər, ağaclar görünmür və fanatlar stadiona gəlirlər.

- Berti Foqtsun dönəmində sol cinah müdafiəçisi baxımından boşluq var idi. Məncə, sağ cinah müdafiəçisində də boşluq var. Bu barədə nə düşünürsünüz? 
- Gənclərlə bağlı limit olanda mərkəz müdafiəçiləri cinahlarda oynayırdılar. Bu gün millidə ən rəqabətsiz mövqe oradır. Tellur, Edqar, Toral var. Sol cinahda Elvin, Toral, Rüfət, Rəhman çıxış edə bilər.

“Qarabağ”dan azarkeşlərə xoş xəbər "Fənərbaxça"da ayrılıq siqnalı: Qışda getmək istəyir Rəhim Həsənov: ŞKRİBEKƏ QIRMIZI VƏRƏQƏ VERİLMƏLİ İDİ “Sabah” – “Neftçi” matçı Təxirə salınır? “Turan Tovuz” – “Fənərbaxça” matçına BÖYÜK MARAQ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://apasport.az
archiveBu xəbər 22 Sentyabr 2026 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri