Icma.az
close
up
RU
Ayxan Abbasov: “AFFA ya təkliflərimiz olacaq” MÜSAHİBƏ

Ayxan Abbasov: “AFFA ya təkliflərimiz olacaq” MÜSAHİBƏ

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Futbolçularda inam artıb. Bakıda Fransa ilə qarşılaşmada da bunu gördük”.

Bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov “Report”a müsahibəsində deyib.

44 yaşlı mütəxəssis yığmanın DÇ-2026-nın seçmə mərhələsindəki çıxışından və digər məsələlərdən danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan millisi rəhbərliyiniz altında 5 oyun keçirib. Ümumi götürsək, yığmanın seçmə mərhələdəki çıxışını necə dəyərləndirirsiniz?

- Bu qrupdakı rəqiblərimizin gücü bəlli idi. Ağır məğlubiyyətdən sonra komandaya getmişdik. Ukrayna ilə ilk matçda xal qazandıq. Ondan sonrakı oyunlarda da xal qazanmaq şansımız oldu. Ukrayna ilə səfər görüşündə də yaxşı nəticəyə nail ola bilərdik. Digər rəqiblərə də diqqət yetirməliyik. İki dəfə Fransa ilə üz-üzə gəlmişik. İslandiya evində bizə 5:0 hesabı ilə qalib gəlmişdi. Buna baxmayaraq, Bakıda onlara qalib gəlmək istəyirdik. Buna da inanırdıq.

- Birinci oyunla müqayisədə komandada inkişafın olduğunu görürsünüz?

- Futbolçularda inam artıb. Bakıda Fransa ilə qarşılaşmada da bunu gördük. Oyunçular xal qazanmağa inanırdılar. İlk növbədə inamı, istəyi qaytardıq. Nəticə birdən-birə olmur. Amma düşünürəm ki, 5 matçın hamısında əzmkarlıqları bizi qane etdi. Oyundan-oyuna komandada fərq də var, inkişaf gedir. Burada əsas o vacibdir ki, futbolçular ideal formalarında olmalıdırlar. Bu gün təəssüf ki, oyunçularımız tam ideal formada deyillər. Bunun da səbəbləri bəllidir.

- Seçmə mərhələdən sonra AFFA rəhbərliyi ilə hesabat xarakterli görüş planlaşdırılır?

- Biz hər oyundan sonra federasiya rəhbərliyi ilə görüşürük, danışırıq və fikir mübadiləsi aparırıq.

- Yəqin ki, baş məşqçi təyin olunanda çətinlik çəkdiyiniz ilk məqam heyət seçimi ilə bağlı idi. Bəzi oyunçuların klublarında az forma şansı əldə etməsi sizi də narahat edir?

- Əlbəttə. Hamıya bəllidir ki, bu gün az meydana çıxan futbolçular ideal formada olmayacaq. Amma bu oyunçuların potensialları var. Həmin futbolçular bu gün Azərbaycanda öz mövqelərinə görə ən yaxşılardır. Bunları da itirə bilmərik. Əslində bu, uzun mövzudur. Biz məşqçilər üçün də matçlarda seçim etmək çətin idi. Son qarşılaşmalarda bəzi futbolçuların zədəli olmaları da oyunlara təsir etdi.

- Milli komandada qalsanız, uzun müddətli bir layihə üçün az da olsa, yerli futbolçularla bağlı hansısa limiti AFFA-ya təklif edə bilərsiniz?

- Burada yeganə məsələ legioner limiti deyil. Bir sıra mövzular var. Milli komandanın yaxşı olması üçün çox layihələr lazımdır. Aşağı yaş qruplarındakı milliləri də yaxşı səviyyəyə gətirməliyik. İnşallah, təkliflərimiz olacaq.

- Beş qarşılaşmada heyətə dəvət etmədiyiniz, lakin davamlı şəkildə izlədiyiniz futbolçular varmı? Məsələn, Rusiya “Dinamo”sunda çıxış edən azərbaycanlı futbolçu Ülvi Babayevin adı yığmamızla yanaşı hallanırdı.

- Bütün azərbaycanlı futbolçuların millidə çıxış etmək şansı var. Yığmanın qapısı hər kəsin üzünə açıq olacaq. Ülvi Babayev isə artıq öz seçimini edib. Məncə, bundan sonra bu barədə danışmağa dəyməz.

- U-21 millisinin Cəbəllütariqə qalib gəldiyi (1:0) Avropa çempionatının seçmə mərhələ oyununu stadiondan izləmisiniz. Növbəti toplanışlar üçün həmin yığmadan seçdiyiniz oyunçular var?

- Bu komandanı daim izləyəcəyik. Həmçinin sıx əlaqələrimizin olmasını istəyirik. Həmin futbolçuları daim nəzarətdə saxlamaq niyyətindəyik. Rüfət Abbasov və Xəyal Əliyev əsas milliyə də dəvət alıblar. Digərləri də yığmaya çağırıla bilərlər.

- Martda milli komandalarla bağlı çempionatda fasilə olacaq. Yoldaşlıq oyunları planda varmı?

- Bəli. Həmin tarixdə yoldaşlıq matçları keçirəcəyik. Oyunlar FIFA-nın təyin etdiyi tarixlərdə baş tutacaq. Amma hələlik rəqiblər bəlli deyil.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Noyabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri