Ayxan Abbasov Polşa klubunun prezidenti ilə görüşdü
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və komandanın idman direktoru İlqar Qurbanov Polşanın Çenstoxova şəhərinə səfər ediblər.
Sportal.az xəbər verir ki, onlar orada Mahir Emrelinin formasını geyindiyi "Rakuv"un oyununu izləyiblər. Abbasovla Qurbanov həmçinin klubun prezidenti və idman direktoru ilə görüşüblər. Bununla bağlı İlqar Qurbanov sosial şəbəkə hesabında paylaşım edib:
"Rakuv" klubunun prezidenti və idman direktoru ilə görüşmək böyük məmnunluq doğurdu.
Səmimi qarşılanma, qonaqpərvərlik və xoş ab-hava üçün təşəkkür edirik. Ayırdığınız vaxtı, həmçinin fikir mübadiləsi aparmaq və əlaqələrimizi möhkəmləndirmək imkanını yüksək qiymətləndiririk.
"Rakuv"a qarşıdakı mövsümdə uğurlar arzulayırıq".
saytlarin hazirlanmasi
Baxış sayı:134
Bu xəbər 12 Sentyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















