Qarsda Zəfər yürüşü təşkil edilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Antalya, 9 noyabr, AZƏRTAC
Qars şəhərində 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Zəfər yürüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Qarsdakı Baş Konsulluğu və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) dəstəyi ilə keçirilən yürüşdə çoxsaylı iştirakçılar bir araya gələrək Azərbaycanın Qarabağ Zəfərinin ildönümünü qeyd ediblər.
Qars valisi Ziya Polat və Qars Bələdiyyə sədri Ötüken Sengerin iştirakı və təşkilati dəstəyi ilə reallaşan tədbir Azərbaycan-Türkiyə qardaşlığının, ortaq tarix və milli həmrəyliyin nümayişi baxımından əhəmiyyət daşıyıb.
Zəfər yürüşü 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin yaddaşlarda yaşadılması, Azərbaycan həqiqətlərinin təbliği və Türkiyədə yaşayan soydaşlarımız arasında milli birlik ruhunun gücləndirilməsi məqsədinə xidmət edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
Baxış sayı:140
Bu xəbər 09 Noyabr 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















