Katolik keşişlər TikTok da bloqerliyə başladılar
Icma.az bildirir, Bizim media portalına istinadən.
Latın Amerikasında kilsələrə ziyarətlərin azalması və dini kimliyin zəifləməsi katolik ruhaniləri, rahibələri və diakonları sosial şəbəkələrə üz tutmağa vadar edib. Onlar xüsusilə TikTok platformasından təbliğat, gənclərlə ünsiyyət və dini fikirlərin yayılması üçün istifadə edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hazırda Latın Amerikası ölkələrində katolik ruhanilər gənc nəsli kilsəyə cəlb etmək məqsədilə TikTok və digər sosial şəbəkələrdə fəallıqlarını artırıblar. Onlar internetdə qısa moizələr, maarifləndirici videolar, hətta yumoristik məzmunlar paylaşırlar.
Rəqəmsal dini təbliğatın genişlənməsi regionda kilsələrə ziyarətlərin azalması və dini kimliyin zəifləməsi ilə əlaqələndirilir. Bununla belə, Latın Amerikası dünyada katolik əhalinin sayına görə ən böyük region olaraq qalır.
Vatikan sosial şəbəkələri dini inancların yayılması üçün yeni məkan kimi qiymətləndirir. Bu proses xüsusilə COVID-19 pandemiyası dövründə sürətlənib. Həmin vaxt bir çox dini mərasim və moizələr internetə daşınıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 09 Noyabr 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















