Icma.az
close
up
RU
Ayxan Abbasov: “Problemlərdən danışıram, xoşlanılmır”

Ayxan Abbasov: “Problemlərdən danışıram, xoşlanılmır”

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun sabah Sent Lüsiyaya qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransı təşkil olunub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– Niyə millidə Yusif İmanov yoxdur?
– Niyə olmalıdır? Yusifin legioner karyerası yaxşı alınmadı. “Kəpəz”ə qayıdandan sonra bir neçə oyunda özünü yaxşı göstərdi. Qapıçı mövqeyi bizim üçün çətindir. Çempionatda da komandalar legionerlərə üstünlük verir, rəqabət var. Rəqabətdə qalib gəlməlidirlər. Millinin hər dəfə siyahısı çıxanda hansısa adlar önə gətirilir. Necə ki, Mahir Emrelini Fransa ilə oynadanda çox qınadılar. Amma həmin vaxtdan sonra komandasında ona qarşı fikirlər müsbətə dəyişdi. Futbolun yazılmamış qanunları var. Nəyisə bilir, görürüksə, çağırırıq. Şahruddinlə bağlı həkimlərlə danışdıq və tam hazır olduqlarını bildirdilər. Kapitanımızdır, liderlik keyfiyyəti var. Məşqlərdə də o qədər əzmkardır ki, onu gələcək toplanışa da düşünürük. Gələcəkdə Yusif və ya digərləri daha yaxşı olacaqsa, çağırılacaq. Daha əvvəl Kamran və Mehdini deyirdilər, bu dəfə adları hallanmır. Bütün futbolçulara qapılar açıqdır.

– Növbəti rəqib bizdən çox zəifdir. Sabah böyük hesabla qalib gəlib, tarixi nəticə düşünürsünüz?
– Bu iki oyunda daha çox komanda olmağa çalışacağıq. Əvvəlki matçlarda rəqiblər çox imkan vermirdi. Bu oyunlarda maksimumu etməyə çalışacağıq. İnanıram ki, yaxşı toplanış keçirəcəyik.

– 11-ci yerdə gedən komandadan iki qapıçı çağırmaq nə dərəcə məntiqlidir?
– Bu sual mənə qəribə gəlir. Premyer Liqada 11-ci yerdə gedən komandadan başqa hansında yerli qapıçı əsas heyətdir? Fikirlərinizə hörmətlə yanaşıram. Baxırıq, qapıçıların durumlarını nəzərə alırıq. Hazırda Rza və Yusif əsas heyətdir. “Sumqayıt”da da gənc qapıçı var, Xəyal. O da U-21 yığmamızın vacib üzvüdür. Xəyalın da bu gün performansına baxırıq, böyük oyunlar üçün hazırdımı? Bunlara baxırıq. Yoxlanış üçün vaxtımız yoxdur. Əsas millimiz hazırdır və yoxlanış edək deyə fikir yoxdur. Gələcəkdə U-23 millimiz olarsa, belə oyunçuları orda yoxlama olar. Bizdə o qədər vaxt yoxdur indi sınaq edək.

– Bu mövsüm sizin üçün ən böyük çətinlik nədir?
– Premyer Liqada çətinliyi arxada qoyduq. Qarşımıza qoyulan məqsəd liqada qalmaq idi. Bəlli büdcəmiz var idi. Rəqabətin çətin olacağını bilirdik. Məncə, bu mübarizədən qalib ayrıldıq. Yuxarı pillələrə qalxmaqda çətinlik yaşadıq. Millidə ilk gələndə çətinlik yaşadıq. Ağır oyunlar oldu. Ukrayna ilə matçdan bir xal qazandıq, fransızlara uduzduq. Milli komanda ondan əvvəl də bir xal qazanmışdı. Bu mövsüm tam başqadır. Hədəf Millətlər Liqasında C Liqasına qalxmaqdır. Litva, Lixtenşteyn bizə ad baxımından rahatlıq verə bilər. Amma asan oyunlar olmayacaq. Bu matçlara yaxşı hazır olmalı, qalib ruhunu yaratmalıyıq.

– Özünüzü bir neçə il də millidə görürsünüzsə, bu, sual sizi maraqlandırar… Dünən U-19 yığması Litvaya 0:4 hesabıyla uduzub. Bu uşaqlar gələcəyin əsas yığmasını formalaşdıracaq…
– Realist, səmimi olaq. Problemlərdən danışıram, xoşlanılmır. Bu gün fikirləşirik ki, yığmanın müdafiə mövqeyində oyunçuların ortalama yaşı yuxarıdır. U-21 yığmasının məşqçisi ilə danışıram, o da stopper problemindən danışır. Hər kəs problemi bilir, iş baxımından başlamalı, səbirli olmalıyıq. Bəli, problemlər həllini tapana qədər aşağı yaş qrupları çox çalışmalıdır. Bu oyunçular da klublardan gəlir. Akademiyalara diqqət artmalıdır. Millinin məşqçisi 10-12 gün toplanış müddətində nəyisə çox dəyişə bilmir. Futbolçular milliyə hazır gəlməlidir. İndi baxırıq, “Sabah”ın, “Neftçi”nin, “Zirə”nin yerli oyunçuları formadadır. Bu, bizi sevindirir. Uşaq futboluna baxış dəyişməlidir. Nə qədər danışırıqsa, fərq olmur. 10 il əvvəl meydança problemindən danışırdıqsa, yenə də eyni məsələdir. Hər kəs nəticə, avroliqa, rəqabət və s. haqda danışır.

– Futbolçuların diqqəti klublarında, avrokuboklardadır. O oyunçuları qısa müddətdə necə milliyə kökləmək olar? 20 aydır, qələbə qazanmırıq…
– Səhv etmirəmsə, 4-cü toplanışımdır. Futbolçular indi çox yaxşı əhvaldadır. İlk dəfədir, belə görürəm. Futbolçular var ki, zədələri olsa belə, yığmaya gəlib, oynamaq istəyir. Onların istəyi var. Biz də belə məqamları danışırıq. Futbolçular da qələbə istəyir. Burda məşqçi, futbolçu yox, ölkə məsələsi var. İnanın, məşqlər də çox maraqlı keçir. İntensivlik var idi. Futbolçuların istəyi var. Futbolda hər nəticəyə razı olmaq lazımdır, amma ümidimiz böyükdür. Birlikdə çalışacağıq ki, bu durumdan çıxaq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 Mart 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see328

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see274

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see272

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see266

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see262

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see258

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see243

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see241

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see237

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see233

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see230

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see228

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see227

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see220

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see215

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see215

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see185

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see180

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri