“Razdandakı yeni data mərkəz İranın hədəfinə çevrilə bilər” Sabiq nazir
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Ermənistanın Razdan şəhərində yeni data-mərkəzin istismara verilməsi ilə mahiyyət etibarilə ABŞ-nin Ermənistan və Azərbaycanla strateji əməkdaşlığının texnoloji elementlərinin inkişafını nəzərdə tutan Vaşinqton razılaşmalarının icrasına başlanılıb”.
“AzPolitika” xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov regionda süni intellekt (Sİ) infrastrukturunun qurulması və ABŞ-nin Cənubi Qafqazdakı texnoloji layihələrini şərh edərkən bildirib.
Sabiq nazir hər iki ölkədə gedən prosesləri süni intellekt alətlərinin təhlili əsasında müqayisə edərək Bakı və İrəvanın üstün və zəif tərəflərini belə sıralayıb:
"Artıq Ermənistanda “NVIDIA Blackwell” bazasında “Firebird” və “Eleveight” klasterləri fəaliyyət göstərir;
Azərbaycanda isə “AzInTelecom”un lokal superkompüteri işləyir; Ələtdə meqa-Məlumat Emalı Mərkəzinin (MEM) qurulması və ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) ilə əməkdaşlıq razılaşdırılma mərhələsindədir.
İnvestisiya mənbələrinə gəlincə,
Ermənistanda əsasən özəl Amerika kapitalından və erməni diaspor fondlarından istifadə olunur.
Azərbaycanda isə dövlət investisiyaları (AZCON / “AzInTelecom”) və iri yerli telekommunikasiya holdinqlərinin resursları cəlb edilir".
Keçmiş nazir bildirir ki, enerji təminatı Ermənistanın ən zəif yeridir:
"Layihənin 300 MVt-dan artıq güc tələbatını qarşılamaq üçün elektrik enerjisinin idxalı və şəbəkələrin modernləşdirilməsi tələb olunur ki, bu da böyük investisiyalar və əlavə vaxt deməkdir. Azərbaycan üçün bu məsələ ölkənin əsas kozırıdır. Mövcud generasiya profisiti (təxminən 2 QVt sərbəst güc) və enerjinin aşağı maya dəyəri Azərbaycanın əlini gücləndirir. Bu, həm də enerji daşıyıcılarının ixracına olan tələbatı qismən azaldaraq onları iqtisadiyyatın bu yüksək texnologiyalı sahəsinin ehtiyaclarına yönəltməyə imkan verir".
T.Zülfüqarov geosiyasi konteksə də diqqqət çəkir:
"Ermənistanda layihə Amerika Sİ şirkətləri üçün ixrac hesablama habı kimi nəzərdə tutulub (güclərin 80%-i xarici sifarişçilər, 20%-i isə daxili istifadə üçün). Bu, İrəvana xaricdə hesablama güclərini icarəyə götürməkdən imtina etməyə imkan verəcək.
Azərbaycan isə öz ərazisindən keçən magistral fiber-optik kabellərin imkanlarından istifadə etmək potensialına malikdir. Bu amil ölkəni Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin kəsişməsində regional rəqəmsal və tranzit qovşağına çevirəcək".
T.Zülfüqarov xüsusi olaraq vurğulayıb ki, İranın informasiya məkanında və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın strukturlarda Qərb hesablama güclərinin İran sərhədləri yaxınlığında yerləşdirilməsi son dərəcə ehtiyatla və narahatlıqla qarşılanır:
“Regional eskalasiya kontekstində SEPAH bundan əvvəl Amerika texnologiya nəhənglərinin (o cümlədən NVIDIA, AWS, Microsoft və Google) xarici infrastrukturunu birbaşa potensial hədəflər siyahısına daxil etmişdi. İranyönlü mediada isə Razdandakı mərkəzdən ABŞ-nin maraqları naminə kəşfiyyat məlumatlarının toplanması üçün istifadə oluna biləcəyi ilə bağlı versiyalar yayılmaqdadır”.
Rasim Əliyev
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 Noyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















