Ayxan Abbasov: Seçmə mərhələdə son görüşümüzdür, azarkeşlərimizə yaxşı oyun göstərmək istəyirik
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 15 noyabr, AZƏRTAC
Seçmə mərhələdə son görüşümüzdür, buna görə də azarkeşlərimizə yaxşı oyun göstərmək istəyirik. Fransa sabah ikinci heyətlə oynasa da, onlar da xal qazanmaq niyyətindədirLƏR.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Fransa yığmasına qarşı oyundan öncə təşkil olunan mətbuat konfransında deyib
O, Fransa yığması kimi güclü komandalarla oynamağın yaxşı təcrübə olduğunu bildirib: “Rəqib bəzi əsas oyunçularını Bakıya gətirməyib. Onların yerinə meydana çıxacaq futbolçular özlərini göstərməyə çalışacaqlar. Bizdə də itkilər var. Fransa yığmasına qarşı sonadək hücum oynamaq da çətindir. Lakin tamamilə müdafiədə oturmaq fikrimiz yoxdur”.
Baş məşqçi milliyə dəvət alan gənc futbolçulara güvəndiyini söyləyib: “Biz onları bu cür matçlarda oynatmaqla qazanırıq. Sol cinah müdafiəçilərinin zədələnməsi bizim işimizi çətinləşdirdi. Sabah müəyyən dəyişikliklər olacaq”.
Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.
Baxış sayı:84
Bu xəbər 15 Noyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















