Icma.az
close
up
RU
Ayxan Dəmirli: Məqsədim ən yüksək nəticəni əldə etmək idi və buna nail oldum AZƏRTAC

Ayxan Dəmirli: Məqsədim ən yüksək nəticəni əldə etmək idi və buna nail oldum AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Astana, 18 yanvar, AZƏRTAC

Azərbaycan məktəbliləri 13-17 yanvar tarixlərində Astanada keçirilən riyaziyyat, fizika və informatika üzrə XXI Beynəlxalq Jautıkov Olimpiadasında (IZhO 2025) iştirak ediblər. Olimpiadanın iki turunun yekunlarına əsasən, Azərbaycan iştirakçıları bir qızıl və yeddi bürünc medal qazanıblar.

Akademik Zərifə Əliyeva adına liseyin şagirdi və qızıl medal sahibi Ayxan Dəmirli AZƏRTAC-a təəssüratlarını bölüşüb. "Bu qələbə mənim üçün xüsusi əhəmiyyət kəsb edir, çünki ötən il informatika üzrə beynəlxalq olimpiadada gümüş medal qazanmışdım. Bu il daha ciddi hazırlaşaraq daha yüksək nəticə əldə etmək məqsədi qoymuşdum", - o deyib.

Hazırlıq prosesi haqqında danışan şagird bildirib: "Hazırlıq prosesi fasiləsiz davam etdi — həm müstəqil məşğul oldum, həm də xüsusi təlim düşərgələrində iştirak etdim. Hazırlığın konkret müddətini söyləmək çətindir — bu, bacarıqların daimi təkmilləşdirilməsi prosesidir".

Olimpiadanın gedişatı barədə fikirlərini bölüşən Ayxan deyib ki, suallar kifayət qədər çətin idi. “Ümumilikdə, komandamız uğurla çıxış etdi — biz səkkiz medal qazandıq",- o söyləyib.

Ayxan Dəmirli əlavə edib ki, keçən illə müqayisədə hazırlığa daha çox səy göstərib və bu da ən yüksək zirvəyə qalxmağa imkan verib. "Gələcəkdə də bu istiqamətdə irəliləməyi və növbəti yarışlarda iştirak etməyi planlaşdırıram",- o deyib.

Qeyd edək ki, builki olimpiadada dünyanın 15 ölkəsindən 700-dən çox məktəbli iştirak edib. Beynəlxalq münsiflər heyəti tərəfindən hazırlanmış tapşırıqlar ixtisaslaşdırılmış siniflərin proqramına uyğun tərtib olunub.

Beynəlxalq Jautıkov Olimpiadası 2005-ci ildən Qazaxıstan Respublikası Maarif Nazirliyinin himayəsi altında keçirilir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:287
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Yanvar 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see216

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see187

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see186

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see163

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see150

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see148

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see147

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see125

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see122

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri