Icma.az
close
up
RU
Ayxan Hüseynov: Araz Naxçıvan bizi öz silahımızla vurdu

Ayxan Hüseynov: Araz Naxçıvan bizi öz silahımızla vurdu

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Araz-Naxçıvan"la matçlar həmişə çətin keçir". Sport24.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov deyib.
"Araz-Naxçıvan"a uduzduqları (1:2) Misli Premyer Liqasının II turunun oyunundan sonra açıqlama verən yarımmüdafiəçi rəqibin yaxşı kollektiv olduğunu bildirib:
"Bizə qarşı yaxşı hazırlıq görmüşdülər. Standart vəziyyətlərə çox köklənməliydik. Amma bu epizodda qol buraxdıq. "Zirə"yə vurduqları qolu bizə də vurdular. İkinci qolu tam görmədim. Amma deyirlər ki, qəribə qol oldu. Ondan sonra da yaxşı müdafiə olundular. Buna baxmayaraq bir dəfə fərqlənə bildik. Bir sözlə, "Araz-Naxçıvan" bizi öz silahımızla vurdu. Biz də standart vəziyyətlər yaratdıq, amma şanslardan yararlanmadıq". 
O, komandaya yeni oyunçuların gəldiyini xatırladıb:
"Bir-birimizi başa düşməyə çalışırıq. Buna bir az vaxt lazımdır. Kimsə toplanışda iştirak etməyib və forma yığmağa çalışırlar".
Hüseynov klub prezidentinin mövsümün əvvəlindəki iddialı açıqlamasının onların üzərində çox təzyiq yaratmadığını söyləyib:
"Bir az ola bilər. Kənardan təzyiq ola bilər. Biz öz işimizi görməyə çalışırıq. Məncə, gələcəkdə yaxşı olacaq. Bir az səbirli olaq. Yeni oyunçularımız forma yığdıqdan sonra daha yaxşı olacağıq. Düşünürəm ki, yaxşı heyətimiz var. Tovuzda oynayanda yerli azarkeşlər bizə çox dəstək olur. Onlar 12-ci oyunçu kimidir. İnanıram ki, tezliklə rəqibləri doğma meydanda qəbul edəcəyik". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sport24.az
archiveBu xəbər 25 Avqust 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri