Icma.az
close
up
RU
Cavid Hüseynov? Namizədlərdən biri odur, amma... Araz Naxçıvan ın rəsmisi

Cavid Hüseynov? Namizədlərdən biri odur, amma... Araz Naxçıvan ın rəsmisi

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Mövsümün sonunda heyətlə bağlı köklü dəyişikliyə məruz qalan "Araz-Naxçıvan"la bağlı bir çox suallar açıq qalır. Baş məşqçi Andrey Demçenko ilə yollarını ayıran Premyer Liqa klubu vakant posta təyinatı yubadır. Bundan başqa, 10 futbolçusu - Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə vidalaşan "qırmızı-ağlar" hələ yeni transfer reallaşdırmayıb.   

Muxtar Respublika təmsilçisinin icraçı direktoru Eldəniz Yusubov Fanat.Az-a açıqlamasında komandadakı durumla bağlı məlumatları çatdırıb:

"Gedənlərin adları açıqlanıb. Üç yerli oyunçu ilə müqavilə yeniləmişik. Qapıçı Tərlan Əhmədli və müdafiəçilər Slavik Alxasov ilə Ömər Buludov növbəti mövsüm də komandamızda çıxış edəcək. Legionerlərdən Şarl Boli və Patrik Andradenin bizimlə müqaviləsi var. Yəni onlar da qalır. Yalnız ciddi transfer təklifləri olarsa, maraqlarımız nəzərə alınmaqla, buraxa bilərik. Əvvəlki heyətdən İssuf Paro və Bruno Franko ilə danışıq gedir. Mümkündür ki, onlarla da yeni müqavilə imzalayaq. Müqaaviləsinin müddəti başa çatan Ülvi İsgəndərovla da ilkin danışıq olub. Onunla razılığa gələ bilərik. Urfan Abbasovun durumu isə qeyri-müəyyəndir. Onunla da danışıq aparmağa hazırlaşırıq.

Transfer çalışmalarına iyunun 15-dən sonra başlayacağıq. İlk növbədə baş məşqçi təyinatını həyata keçirməliyik. Çünki yeni oyunçularla bağlı qərarları o verəcək. Cavid Hüseynov? Namizədlərdən biri odur, amma başqaları da var. Digər namizədlər əcnəbi mütəxəssislərdir. Yaxın günlərdə razılığa gəlib baş məşqçimizin adını açıqlayacağıq".    

Qeyd edək ki, 2022-2023 mövsümündə Azərbaycan 1-ci Liqasında çempion olan "Naxçıvan" 2023–2024 mövsümündən Premyer Liqada iştirak edir. Ötən yay Konfrans Liqasında çıxış edən komanda son mövsümü 6-cı yerdə başa vuraraq avrokuboklara gedə bilməyib. 

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://fanat.az
archiveBu xəbər 12 İyun 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri