Icma.az
close
up
RU
Az iş saatı daha məhsuldardır, ya çox iş? Açıqlama

Az iş saatı daha məhsuldardır, ya çox iş? Açıqlama

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

İşçinin işdən kənar vaxtının azalması onun istirahət, şəxsi həyat və işdən sonra özünü bərpa imkanlarını məhdudlaşdıra bilər. Bu isə uzunmüddətli perspektivdə yorğunluğun artmasına və işə olan diqqətin azalmasına səbəb ola bilər.
İşçinin işdən kənar vaxtının azalması əmək məhsuldarlığına necə təsir edir?
İnsan resursları üzrə menecer Röyal Əhmədov Demokrat.az-a açıqlamasında bildirib ki, işçinin işdən kənar vaxtının azalması ilk baxışda işə daha çox zaman ayırmaq və daha yüksək nəticə əldə etmək kimi görünə bilər:
“Lakin əmək məhsuldarlığı yalnız işçinin iş başında keçirdiyi saatların çoxluğu ilə ölçülmür. Əslində məhsuldarlığın əsas şərtlərindən biri işçinin həmin müddətdə nə qədər diqqətli, enerjili və effektiv işləyə bilməsidir. İşdən kənar vaxtın azalması isə məhz bu amillərə birbaşa təsir göstərə bilər. İşçinin istirahət, şəxsi həyat və özünü bərpa üçün kifayət qədər vaxtının olması onun fiziki və zehni enerjisinin yenilənməsinə imkan verir. Əgər iş və şəxsi həyat arasında balans pozulur, işçinin işdən sonra özünə ayırdığı vaxt azalırsa, müəyyən müddətdən sonra yığılan yorğunluq iş prosesinə də təsir etməyə başlayır. Bu zaman işçi fiziki olaraq iş yerində olsa da, əvvəlki səviyyədə diqqət və konsentrasiya göstərə bilməyə bilər. Xüsusilə uzunmüddətli və yüksək intensivlikli iş rejimlərində bu məsələ daha ciddi əhəmiyyət daşıyır. Yorğunluq artdıqca qərarvermə sürəti və keyfiyyəti aşağı düşə, diqqətsizlikdən yaranan səhvlər arta bilər. İşçinin eyni tapşırığı yerinə yetirmək üçün daha çox vaxta ehtiyac duyması da mümkündür. Nəticədə iş saatlarının artmasına baxmayaraq, real məhsuldarlıq gözlənilən səviyyədə yüksəlməyə bilər”.
Röyal Əhmədovun fikrincə, burada mühüm məqam ondan ibarətdir ki, çox işləmək həmişə daha çox nəticə əldə etmək demək deyil: 
“Müəyyən həddən sonra iş vaxtının artırılması məhsuldarlığı yüksəltmək əvəzinə, əksinə, azalda bilər. Çünki insanın diqqəti və enerjisi məhdud resurslardır. Bu resursların bərpasına kifayət qədər imkan verilmədikdə işçinin performansı tədricən zəifləyə bilər. İşdən kənar vaxtın azalması işçinin psixoloji vəziyyətinə də təsir göstərə bilər. İnsan yalnız işçi deyil, onun ailəsi, sosial münasibətləri, şəxsi maraqları və istirahət ehtiyacı var. Şəxsi həyata kifayət qədər vaxtın qalmaması işçidə davamlı iş təzyiqi hissini formalaşdıra bilər. Bu vəziyyət uzun müddət davam etdikdə işə qarşı motivasiyanın azalması, emosional tükənmə və işdən uzaqlaşma kimi nəticələr yarana bilər. Bununla yanaşı, işçinin istirahət vaxtının azalması onun işə münasibətinə də təsir edir. İşçi iş və şəxsi həyat arasında sağlam balans görə bilmədikdə, iş yerini inkişaf və peşəkar fəaliyyət məkanı kimi deyil, daim vaxt və enerji tələb edən bir mühit kimi qəbul etməyə başlaya bilər. Bu isə uzunmüddətli perspektivdə işə bağlılığın zəifləməsinə səbəb ola bilər. Əmək məhsuldarlığı baxımından ən effektiv yanaşma daha çox işləmək deyil, mövcud iş vaxtından daha səmərəli istifadə etməkdir. Bunun üçün iş yükünün düzgün bölüşdürülməsi, iş proseslərinin optimallaşdırılması, lazımsız görüş və prosedurların azaldılması, texnologiyalardan düzgün istifadə və işçinin istirahət ehtiyaclarının nəzərə alınması vacibdir”.
Mütəxəssis əlavə edib ki, xüsusilə müasir əmək bazarında işəgötürənlər məhsuldarlığı yalnız işçinin ofisdə neçə saat qalması ilə qiymətləndirməməlidirlər: 
“Əsas məsələ həmin iş saatlarında hansı nəticənin əldə edilməsidir. İşçi kifayət qədər istirahət etdikdə daha yüksək diqqət, daha sağlam qərarvermə və daha yaradıcı yanaşma nümayiş etdirə bilər. Bu baxımdan istirahət vaxtı iş prosesinin qarşısını alan amil deyil, əksinə, məhsuldarlığı dəstəkləyən vacib resurslardan biridir. Digər tərəfdən, işdən kənar vaxtın azalmasının təsiri bütün işçilərdə eyni formada ortaya çıxmır. İşin xarakteri, iş yükü, iş rejimi, məsuliyyət səviyyəsi, işçinin fərdi xüsusiyyətləri və iş mühiti burada mühüm rol oynayır. Qısa müddətli intensiv iş rejimi bəzi hallarda normal ola bilər. Lakin bu vəziyyət daimi xarakter aldıqda artıq əmək məhsuldarlığından əlavə, işçinin davamlılığı və işə uzunmüddətli bağlılığı da sual altında qalır. Şirkətlər üçün burada başqa bir mühüm risk də işçi dövriyyəsidir. Davamlı yorğunluq və balanssız iş rejimi işçinin başqa iş imkanları axtarmasına səbəb ola bilər. Bu isə şirkət üçün yeni əməkdaşın axtarılması, seçilməsi və uyğunlaşdırılması ilə bağlı əlavə xərc və vaxt deməkdir. Deməli, işçinin istirahətinə şərait yaratmaq yalnız sosial məsuliyyət məsələsi deyil, eyni zamanda biznes baxımından da rasional yanaşmadır. İşçinin işdən kənar vaxtının azalması qısa müddətdə iş saatlarının və görülən işin həcminin artmasına səbəb ola bilər. Lakin uzunmüddətli perspektivdə yorğunluğun artması, diqqətin azalması, səhvlərin çoxalması, motivasiyanın zəifləməsi və işçi dövriyyəsinin yüksəlməsi əmək məhsuldarlığına mənfi təsir göstərə bilər. Əsl məhsuldarlıq işçinin nə qədər çox işləməsi ilə deyil, nə qədər effektiv və davamlı nəticə ortaya qoyması ilə ölçülməlidir. Buna görə də müasir şirkətlər üçün əsas məqsəd işçinin şəxsi vaxtını mümkün qədər azaltmaq deyil, iş vaxtını daha səmərəli təşkil etmək olmalıdır. İşçi işdən kənarda nə qədər yaxşı bərpa olunursa, işə qayıtdıqda diqqətini, enerjisini və peşəkar potensialını bir o qədər effektiv şəkildə ortaya qoya bilir. Bu baxımdan sağlam iş-istirahət balansı əmək məhsuldarlığının alternativi deyil. Əksinə, yüksək və davamlı məhsuldarlığın əsas şərtlərindən biridir “.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Avqust 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri