Icma.az
close
up
RU
Az qala, ürəyim yerindən çıxacaqdı...

Az qala, ürəyim yerindən çıxacaqdı...

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qarabağ 5 ildir azaddır… – Nə gözəl cümlədir!

Bu gün ilk dəfədir, Şuşaya gedirəm. Bakıdan bir az olar çıxmışıq. Yol boyu keçdiyim hər məkan böyük bir tarixin izlərini daşıyır.

Yoxdan qurulan Ağdamdan keçəndə xarabalıqlar arasında yenidən doğulan şəhəri görürsən. Bu torpaq azadlıq nəfəsini nə qədər çox gözləyibmiş… Sanki şəhər hər tikilən bina, hər çəkilən yol ilə “mən dirilirəm” deyir.

Növbəti ünvan Xocalıdır… Hər daşı, hər ağacı, hər qarışı 26 fevral gecəsini xatırladır. O ağrı bu torpağın hər zərrəsinə həkk olunub. Xocalıda susmaq da çətindir, danışmaq da… Şəhərdə işlər gedir, sakinlər yavaş-yavaş öz evlərinə qayıdır. Bütün keçmiş ağrılara, sarsıntılara rəğmən, insanlarımız güc toplayıb həyata davam edir.

Xocalı ilə bağlı fikirlərin müşayiəti altında Şuşaya daxil oluruq… Yol boyu elə həyəcan içində idim ki, az qala, ürəyim yerindən çıxacaqdı. Qalaların arasından boylanan azadlıq nəfəsi, küçələrdə dolaşan qürur hissi hər addımda “Biz burdayıq!” deyir.

Şuşanın havası başqadır – həm bu hava, həm o hava…

Yuxarı Gövhər Ağa məscidini ziyarət etdik, Şuşa qalasına qalxdıq. Amansız döyüşlərin getdiyi, Azərbaycan Ordusunun tarixi qəhrəmanlıq salnaməsi yazdığı bu şəhərdə evlərin, binaların önündən keçdik. Hər daş, hər divar bir döyüşün şahididir.

Qəhrəman şəhidlərimizin, döyüşçülərimizin sayəsində bu torpaqlara qayıtmışıq.

Bu torpaqlar sadəcə bir coğrafiya deyil, həm də yaddaşdır. Burada hər addımda bir qəhrəmanlıq izi, hər daşda bir dua yatır. Şuşaya baxdıqca bir daha anlayıram ki, azadlıq təkcə silahla qazanılmır. Onu qorumaq, yaşatmaq, sevmək də gərəkdir.

Biz bu torpaqların məsuliyyətini daşıyırıq. Gələcək nəsillər üçün Qarabağı yalnız xatirələrdə deyil, həyatın içində, inkişafın mərkəzində saxlamaq bizim borcumuzdur.

Şuşaya gedən yol uzun idi, amma o yol bizi həm tariximizə, həm özümüzə qovuşdurdu.

Qarabağ bizə əmanətdir! Əmanətimizə sahib çıxaq…

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see434

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see322

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see308

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see306

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see299

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see281

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see279

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see277

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see275

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see270

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see265

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see263

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see256

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see253

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see245

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see240

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see235

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see232

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see217

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri