Sığorta məlumatları ilə təhlükəli yollar müəyyənləşdiriləcək
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyənləşdiriləcək.
Avtosfer.az Report-a istinadla xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) Biznesin inkişafı departamentinin rəhbəri Xanım Camalova "İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının yaranmasının 15 illiyi" ilə bağlı tədbirdə deyib.
Onun sözlərinə görə, əsas hədəf yol-nəqliyyat hadisələrinin azaldılması, sığorta risklərinin aşağı salınması, sığorta haqlarının və tariflərinin tənzimlənməsi, həmçinin sürücülər və sığorta şirkətləri üçün xidmət və əməkdaşlıq qaydalarının genişləndirilməsidir.
X.Camalova qeyd edib ki, buraya 2026-cı ildə hazırlanmış yol-nəqliyyat hadisələri üzrə risk xəritəsinin yaradılması layihəsi daxildir: "Layihə çərçivəsində qəzaların daha çox baş verdiyi ərazilərin müəyyənləşdirilməsi, məlumatların coğrafi əsasda xəritələşdirilməsi və risklərin yaranma səbəblərinin təhlili nəzərdə tutulur. Əldə olunan məlumatlar əsasında sığortaçılar, Daxili İşlər Nazirliyi, vergi orqanları və digər aidiyyəti qurumlarla birlikdə qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində addımların atılması planlaşdırılır. Layihənin əsas məqsədi sığorta məlumatlarından yalnız baş vermiş hadisələrin tənzimlənməsi üçün deyil, həm də gələcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə istifadə etməkdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 30 Oktyabr 2026 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















