Icma.az
close
up
RU
Azad edilmiş ərazilərdə indiyədək 287 385 ha minadan təmizlənib

Azad edilmiş ərazilərdə indiyədək 287 385 ha minadan təmizlənib

Apa.az saytına istinadən Icma.az xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində 287 385 ha təmizlənib, 255 200 (189 097 ədəd digər partlayıcı sursat, 42 235 ədəd piyada əleyhinə mina, 23 868 ədəd tank əleyhinə mina) mina və digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən brifinqdə Agentliyin İdarə Heyəti sədri Vüqar Süleymanov deyib.

ANAMA sədri bildirib ki, bu gün ANAMA müasir texnologiyalar, innovativ metodologiyalar, mexaniki minatəmizləmə vasitələri, minaaxtaran itlər və yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə genişmiqyaslı əməliyyatlar həyata keçirir:

"Azərbaycanın humanitar minatəmizləmə təcrübəsi beynəlxalq səviyyədə maraqla öyrənilən və nümunə göstərilən fəaliyyət istiqamətlərindən biridir. Ən müasir texnologiyalar və mexaniki vasitələrdən istifadə olunsa da, humanitar minatəmizləmənin əsas hərəkətverici qüvvəsi insan əməyidir. Minaaxtaranların peşəkarlığı, dəqiqliyi və məsuliyyəti hər bir əməliyyatın uğurunu təmin edən əsas amildir".

Qeyd olunub ki, Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran ən böyük humanitar çağırışlardan biri işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı mina və digər partlayıcı sursatlarla çirklənməsi olub.

ANAMA sədri bildirib ki, Azərbaycan bu gün dünyanın mina və digər partlayıcı sursatlarla ən çox çirklənmiş ölkələrindən biridir:

“Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilər mürəkkəb relyefə və sıx bitki örtüyünə malikdir, bu kimi çətin keçilən sahələrdə fəaliyyət humanitar minatəmizləmə əməliyyatlarını daha da mürəkkəbləşdirən əsas amillərdəndir.

Ölkəmizin üzləşdiyi mina təhlükəsi insanların həyat və sağlamlığı, ətraf mühit, bərpa işləri, eləcə də Böyük Qayıdış Proqramının icrası üçün ciddi təhlükə yaratmaqda davam edir. Mina təhlükəsi təkcə təhlükəsizlik məsələsi deyil. Bu, humanitar, sosial, iqtisadi və ekoloji inkişafın qarşısında duran əsas maneələrdən biridir. Hər bir təmizlənmiş torpaqsahəsi yeni yaşayış məntəqələrinin salınmasına, yolların, məktəblərin, xəstəxanaların, enerji və su infrastrukturunun tikintisinə, kənd təsərrüfatının inkişafına və insanların doğma yurdlarına təhlükəsiz qayıdışına xidmət edir.

Məhz buna görə də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramının əsas prioritetlərindən biri humanitar minatəmizləmə fəaliyyətidir. Agentliyin fəaliyyəti nəticəsində hər gün yeni ərazilər mina təhlükəsindən təmizlənərək yaşayış, infrastruktur və kənd təsərrüfatı məqsədləri üçün təhlükəsiz istifadəyə verilir. Bir zamanlar hər addımı təhlükəli olan torpaqlarda bu gün həyat yenidən canlanır, kəndlər, şəhərlər salınır, irimiqyaslı layihələr icra edilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 İyul 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri