Azad edilmiş ərazilərə köçürüləcək qadınların sosial iqtisadi ehtiyaclarına dair tədqiqat aparılacaq
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azad edilmiş ərazilərə köçürüləcək qadınların sosial-iqtisadi ehtiyaclarına dair keyfiyyət və kəmiyyət əsaslı tədqiqat aparılacaq.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.
Fəaliyyət Planına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə 2026 – 2028-ci illər işğaldan azad edilmiş ərazilərə köçürüləcək qadınların rəqəmsal bilik və bacarıqlarının artırılmasını təmin etməlidir.
Eyni zamanda 2026–2028-ci illər ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə işğaldan azad edilmiş ərazilərə köçürüləcək qadınların sosial-iqtisadi ehtiyaclarına dair keyfiyyət və kəmiyyət əsaslı tədqiqat aparılmasını təmin etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 29 Dekabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















