İqtisadi Zonaların İnkişafı Agentliyinə azad edilmiş ərazilərə dair yeni vəzifə həvalə olunub
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2131 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara istehlak olunan kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) üzrə maliyyə yardımının 2023-cü il yanvarın 1-dən ödənilməsi üçün tədbirlər görməlidir.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.


