Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Azad edilmiş ərazilərimizdə yeni inkişaf modeli formalaşır

Azad edilmiş ərazilərimizdə yeni inkişaf modeli formalaşır

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Elşən Alıyev

​​​​​YAP Daşkəsən rayon təşkilatının sədr müavini

20 sentyabr Azərbaycan tarixinin yaddaşında dövlət suverenliyinin tam bərpası və işğaldan azad edilmiş ərazilərdə yeni həyatın qurulmasının başlanğıcını ifadə edən əlamətdar gün kimi xüsusi yer tutur. Bu tarix xalqımızın uzun illər ərzində yaşatdığı arzuların reallığa çevrildiyi, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunduğu yeni mərhələnin rəmzlərindən biridir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü olaraq təsis edilməsi də məhz bu tarixi reallığın dövlət səviyyəsində ifadəsidir. Bu tarix Azərbaycanın dövlətçilik salnaməsində mühüm yer tutan hadisələrin məntiqi nəticəsidir.

Azərbaycan xalqı bütün uzun illər ərzində öz torpaqlarının azad olunacağına inanıb. Dövlətimizin başçısının siyasi iradəsi, Azərbaycan Ordusunun gücü və xalqımızın həmrəyliyi həmin inamı tarixi Zəfərə çevirib. Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin bərpasını təmin edib. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərimizdə tam bərpa edilib. Bununla separatizmə son qoyulub, Azərbaycan Respublikasının Konstitusiyası hüquqi qüvvəsi Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə də təmin olunub.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Dövlət Bayrağını ucaltması Azərbaycanın yeni tarixinin ən möhtəşəm səhifələrindən birinə çevrilib.  Bu hadisə Azərbaycan dövlətinin həmin ərazilərdə suverenliyinin əyani ifadəsi olmaqla yanaşı, xalqımızın 30 ildən artıq davam edən gözləntilərinin gerçəkləşməsi idi. Dövlətimizin başçısı vurğulayıb: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.

Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesi Azərbaycanın iqtisadi imkanlarını da nümayiş etdirir. Müasir yollar, yaşayış kompleksləri, sosial obyektlər, məktəblər, səhiyyə müəssisələri, inzibati binalar və digər infrastrukturun yaradılması ərazilərin tədricən əvvəlki həyat ritminə qaytarılmasına xidmət edir. Bununla yanaşı, burada iqtisadi fəallığın artırılması, yeni müəssisələrin yaradılması və məşğulluq imkanlarının genişləndirilməsi üçün əlverişli şərait formalaşdırılır. Bu baxımdan Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin dirçəldilməsi yalnız həmin şəhərlərin bərpası anlamına gəlmir. Proses bütövlükdə Qarabağın yeni sosial-iqtisadi simasının formalaşmasına xidmət edir. Ərazilərin potensialından səmərəli istifadə, müasir şəhərsalma yanaşmalarının tətbiqi və burada insanların rahat yaşayışının təmin olunması Azərbaycanın qarşısında duran əsas məqsədlərdəndir.

Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması da yeni həyatın mühüm göstəricilərindəndir. Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılan bu ali təhsil ocağı regionun təhsil və intellektual mərkəzlərindən birinə çevrilmək üçün geniş imkanlara malikdir. Ali təhsil müəssisəsinin Xankəndidə fəaliyyət göstərməsi şəhərin gələcək inkişafında gənclərin və elmin rolunu artırmaqla yanaşı, Qarabağın əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanmasına da imkan yaradır.

Ağdərə rayonunun yaradılması da azad edilmiş ərazilərdə yeni idarəetmə və inkişaf modelinin formalaşdırılması baxımından diqqətəlayiq hadisədir. 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla yeni rayon yaradıldı. Bu qərar ərazinin idarə olunması, sosial-iqtisadi potensialının reallaşdırılması və gələcək inkişafının sistemli şəkildə həyata keçirilməsi üçün hüquqi əsas formalaşdırdı. Bütün bunlar Böyük Qayıdış prosesinin mahiyyətini nümayiş etdirir. Əsas məqsəd burada təhlükəsiz, rahat və müasir yaşayış mühitinin yaradılması, məşğulluğun təmin olunması, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığının formalaşdırılması, insanların özlərini doğma yurdda tamhüquqlu və rahat hiss etmələrinə imkan verən şəraitin qurulmasıdır.

Azad edilmiş ərazilərin dirçəldilməsi Azərbaycanın sosial-iqtisadi inkişafına da yeni imkanlar yardır. Qarabağın və Şərqi Zəngəzurun təbii, iqtisadi, turizm və insan potensialından səmərəli istifadə ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və regionların inkişafının daha da sürətləndirilməsinə xidmət edir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə həyatın yenidən canlanması xalqımızın öz tarixi torpaqlarına bağlılığının, dövlətimizin gücünün və milli iradəmizin təntənəsidir. Bu gün həmin şəhərlərdə qurulan yeni həyat Azərbaycanın Zəfər tarixinin ən real və ən parlaq davamıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Sentyabr 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri