İranda ilk Can fəda briqadası təşkil olunub
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranın ilk “Can fəda” briqadası təşkil olunub.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu SEPAH-ın Tehran üzrə komandiri general Həsən Həsənzadə deyib.
O bildirib ki, İranın ilk “Can fəda” briqadası təşkil olunub, təkmilləşdirilmiş hazırlıq mərhələsini başa vurub və lazımi avadanlıqlarla təchiz edilib.
Həsənzadənin sözlərinə görə, “Can fəda” döyüşçülərinin İranın cənub və qərbindəki əməliyyat bölgələrinə göndərilməsinə başlanılacaq.
O əlavə edib ki, yaxın vaxtlarda hazırlıq səviyyəsi və keçirilmiş təlimlər nəzərə alınmaqla, “Can fəda” briqada və batalyonlarının təşkilatlanması da həyata keçiriləcək.
SEPAH-ın Tehran üzrə komandiri paytaxtın bir sıra meydanlarında bir neçə təlim bazasının açıldığını da bildirib.
O, “Canfəda” kampaniyasında qeydiyyatdan keçənlərin son sayı barədə məlumat verərək deyib ki, kampaniyada 33 milyondan çox insan iştirak etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumundan sonra başladılan “Can fəda” kampaniyası İran xalqının ölkənin müdafiəsi üçün könüllü səfərbər edilməsini nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 02 Noyabr 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















