Icma.az
close
up
RU
Azad Laçın sevincli günlərini yaşayır

Azad Laçın sevincli günlərini yaşayır

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən 26 avqust Laçın Şəhəri Günü kimi qeyd edilir. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri siyasi müstəvidə də öz təsdiqini tapdı. Belə ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda isə Laçın geri qaytarıldı. Üç il bundan əvvəl, 2022-ci avqustun 26-da isə Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməklə Laçın rayonunun işğalına tamamilə son qoydu.

Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal dövründə rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən çox hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 beynəlxalq, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan muzdlu ermənilərin məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.

44 gündə 30 ilin işğalına son qoyan, ədaləti bərpa edən Azərbaycan azad edlimiş ərazilərimizdə apardığı bərpa-quruculuq işləri ilə dünya hərb tarixində də ilkə imza atdı. Müharibədən dərhal sonra başlanan bərpa-quruculuq işləri dünyanı heyrətləndirdi. Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı. Bununla da Azərbaycanın həyatından yeni dövr başlamaqla yanaşı, azad edilmiş bütün ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri geniş miqyas aldı.

Bu gün azad Laçının dirçəlişindən, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışından bəhs edirik. Qürurvericidir ki, azad edilmiş ərazilərimiz üzrə şəhər günlərini qeyd edir, görülən işlərin miqyasından, bu torpaqların diplomatik mərkəz kimi dünyanın diqqətində olmasından qürurla bəhs edirik. Tarixi Zəfərimizdən ötən bu dövrdə dövlət başçısı İlham Əliyevin Laçın rayonuna 8 səfəri reallaşıb. Hər bir səfər Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatıdır. Belə ki, Prezident İlham Əliyev xeyli sayda sosial obyektlərin açılışında və təməlqoyma mərasimində iştirak etmiş, görülən işlərlə tanış olmuşdur. Dövlətimizin başçısının bu ilin 28 May-Müstəqillik Günü ərəfəsində Qarabağa səfəri zamanı Laçında açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibi zəngindir. Belə ki, “LATIFA” Laçın tikiş fabrikinin, «PIRSHAGHI» ayaqqabı fabrikinin Laçın filialının, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin, Bəylik kəndinin, “Laçın” İstirahət Kompleksinin, “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışı oldu, Laçın kanat yolunun təməlqoyma mərasimi keçirildi. Prezident İlham Əliyev Laçının Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim etdi. Ölkə Prezidentinin bu səfəri həm Laçın Beynəlxalq Hava Limanın açılışı, həm də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü ilə tarixə yazıldı. Azad edlimiş ərazilərimizdə inşa olunan Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının açılışı Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə həyata keçirilib.

2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verildi. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.

Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edərkən “İndi Laçın rayonunda artıq dörd yaşayış məntəqəsi bərpa edilib. Amma, ümumiyyətlə, bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddət ərzində etmişik və işlər davam etdirilir” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirmişdir ki, indi bizim gözəl tarixlərimiz, bayramlarımız var. 18 may - Laçının işğal günü, 8 may - Şuşanın işğal günü, onlar artıq tarixdə qaldı. İşğal dövründə laçınlılar, şuşalılar, digər rayonlardan olan insanlar hər il işğal gününü matəm kimi qeyd edirdilər. Bu, hər il onların dərdinə dərd əlavə edirdi, amma artıq o günlər yoxdur. İndi 8 Noyabr günümüz var - Zəfər Günü, 26 Avqust günümüz var. Laçının azad olunması günü və Laçın Şəhəri Günü kimi qeyd olunur. 23 Aprel var. O vaxt Laçın istiqamətində biz öz sərhədimizə sahib çıxdıq və sərhədimizdə yerləşənləri kənarlaşdıraraq artıq mənfur Laçın dəhlizini də nəzarətə götürdük. Təbii ki, 20 Sentyabr - bu da böyük Zəfər günümüzdür. Birgünlük antiterror əməliyyatı nəticəsində separatizmin kökü kəsildi, Ermənistan ordusu tam təslim oldu. Artıq yeni dövr başlamışdır və bütün dünya bununla hesablaşmağa məcbur oldu.

Göründüyü kimi, şanlı Zəfərimiz biri-birindən möhtəşəm günlərə, tariximizə qızıl hərflərlə yazılan mühüm hadisələrə yol açdı. Bütün azad olunmuş torpaqlarımız dirçəlir, özünün sevincli, xoşbəxt günlərini yaşayır. 30 il səbirsizliklə gözlədiyimiz bu sevincin şahidinə çevrilmək, bu hissləri yaşamaq böyük xoşbəxtlikdir.

Səlim Rəhimzadə,
“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Sosial

Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək

Sosial

"Uşaqların oyun seçimləri onların psixologiyasına təsir edir" - PSİXOLOQ İZAH ETDİ

Sosial

“Səyyar Gənclər Xidməti” layihəsi Tərtərdə davam edir - FOTOLAR

Sosial

Sosial şəbəkələrdə saxta hədiyyə kompaniyaları: aldanmamaq üçün nə etməli? - MÜNASİBƏT BİLDİRİLDİ

Sosial

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Sosial

"Azərbaycanda balanslı məşğulluq sistemi qurulmalıdır" - AYDINLIQ GƏTİRİLDİ

Sosial

"Qida əlavələri: sağlamlıq üçün zəruri, yoxsa sadəcə biznes?” - RƏY BİLDİRİLDİ

Sosial

Azərbaycan əhalisinin orta boyu və çəkisi

Sosial

“Məzar daşı insanın dəyərini göstərmir” - AÇIQLANDI

Sosial

Körpə baxımında güvənli addım: BAXIM MƏHSULLARI - ARAŞDIRMA

Sosial

"Hüquqi mexanizmlərin yaradılması vacibdir" - EKOLOQ DANIŞDI

Sosial

Sabah yağış yağacaq, bəzi yerlərdə güclənəcək - PROQNOZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Avqust 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see252

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see242

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see237

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see206

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see184

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see179

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see177

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see172

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see170

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see169

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see164

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see155

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see154

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see150

Almaniya Ukraynanın veteranlarına əlavə 3 milyon avro ayıracaq

23 Avqust 2026 02:45see147

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see147

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see145

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see143

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see143

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri