Razi Nurullayev: “Dövlət qurumu rəhbər dəyişdikcə niyə öz peşəkar kadrlarını itirməlidir?!
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
“Müzakirə etdiyimiz qanun, cəmiyyətimizin çox ağrılı bir məsələsinə toxunur. Hüquq dilində buna maraqlar toqquşması, xalq dilində isə qohumbazlıq, dostbazlıq, yerlibazlıq, adamı olmaq, arxası olmaq deyilir”.
Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında "Maraqlar toqquşması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ölkədə bəzən bir nəfərin vəzifəyə təyin olunması onun bütün ətrafının karyera yüksəlişinin başlanğıcına çevrilir:
"Qohumlar, dostlar, tanışlar irəli çəkilir, illərlə həmin qurumda çalışan peşəkar insanlar isə gözümçıxdıya salınır, sıxışdırılır, hətta işdən getməyə məcbur edilir. Bir insanın vəzifəyə gəlməsi niyə başqa onlarla insanın karyerasının sonu olmalıdır? Dövlət qurumu rəhbər dəyişdikcə niyə öz peşəkar kadrlarını itirməlidir? Məsələ heç də məmurun qohumunun vəzifəyə təyin edilməməsi deyil. Onun da işləmək, yüksəlmək və uğur qazanmaq hüququ var. Məsələ odur ki, o, həmin vəzifəyə öz biliyi və bacarığı ilə gəlib, yoxsa qohumunun səlahiyyətləri hesabına?".
Deputat qeyd edib ki, bu qanun həm də cəmiyyətdə geniş yayılmış "Adamın yoxdursa, heç nəyə nail ola bilməzsən" düşüncəsini dəyişməyə xidmət etməlidir:
"Valideyn övladına yaxşı təhsil vermək barədə düşündüyü qədər onu işə düzəlmək üçün adam axtarmaq barədə düşünməməlidir. Gənc öz diplomuna, biliyinə və zəhmətinə inanmalıdır, atasının telefon kitabçasına yox. Qohumbazlığın ən böyük zərəri yalnız iqtisadi deyil, həm də mənəvi və psixolojidir. Haqqı tapdalanan insanın dövlətə, ədalətə və öz gələcəyinə inamı azalır.
Bacarıqlı insanlar həvəsdən düşür, ölkədən getmək istəyir, bacarıqsız insanlar isə himayədar axtarmağı uğur qazanmağın yolu hesab edirlər. Dövlət məmuru öz dostuna da, öz rəqibinə də eyni qanunla yanaşmağı bacarmalıdır. Biz qanun qəbul etməklə yanaşı, idarəçilik fəlsəfəsini də dəyişməliyik. Vəzifəyə təyin olunan şəxs anlamalıdır ki, ona qohumlarının, dost-tanışlarının güzəranını yaxşılaşdırmaq deyil, xalqın problemlərini həll etmək üçün səlahiyyət verilib".
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 24 Noyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















