Yeni icra başçısı onlara vəzifə verdi Adlar
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az-ın xəbərinə görə, icra başçısı Natiq Əliyev bununla bağlı müvafiq əmrlər imzalayıb.
Əmrlə, Emil Quliyev İcra Hakimiyyətinin Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoruna aparıcı məsləhətçi təyin olunub.
Həmin vəzifəni daha əvvəl icra edən Gülmirə Rzanın vəzifəsi isə endirilib və o, Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunda məsləhətçi təyin olunub.
G.Rzanın vəzifəsində əvəz etdiyi Eldəniz Mirzəyev isə öznövbəsində Lökbatan qəsəbə nümayəndəliyində məsləhətçi vəzifəsinə gətirilib.
Qobustan qəsəbə nümayəndəsi Tarverdi Qurbanov isə Lökbatan qəsəbə nümayəndəsi təyin olunub. Qobustan qəsəbə nümayəndəsi vəzifəsinə isə Anar İbrahimova tapşırılıb.
Vüsal Mustafayev Puta qəsəbə nümayəndəsi vəzifəsinə gətirilib. Onun bu vəzifədə əvəz etdiyi Ayaz Dünyamalıyev Korgöz qəsəbə nümayəndəsi olub. Ramiz Daşdiyev isə Korgöz nümayəndəsi vəzifəsindən azad edilib.
Müşviqabad qəsəbə nümayəndəliyindəki baş məsləhətçi Fidan Həsənli-Əliyevanın da vəzifəsi endirilib və o, Ələt qəsəbə nümayəndəliyində məsləhətçi vəzifəsinə gətirilib.
Lökbatan qəsəbə nümayəndəliyinin məsləhətçisi Kamran Əliyev Müşviqabad qəsəbə nümayəndəsində məsləhətçi təyin olunub. Həmin nümayəndəlikdə baş məsləhətiçi postuna isə Orxan Məmmədli təyinat alıb.
Sahil qəsəbə nümayəndəliyinin baş məsləhətçisi Ləman Həsənova isə işdən çıxarılıb.
Xatırladaq ki, Natiq Əliyev 2026-cı il sentyabrın 28-də Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Könül Vəliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 24 Noyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















