Icma.az
close
up
RU
Azad Laçın tarixi Zəfərimizin simvollarından biri kimi böyük quruculuq meydanına çevrilib Deputat

Azad Laçın tarixi Zəfərimizin simvollarından biri kimi böyük quruculuq meydanına çevrilib Deputat

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilmiş şəhər günləri işğaldan azad edilmiş ərazilərin mənəvi-tarixi və siyasi-strateji əhəmiyyətini vurğulayır. Bu, həm tarixi hadisələrin xatırlanması, həm də xalqın azadlıq uğrunda apardığı mübarizənin nəticələrinin gələcək nəsillərə çatdırılması məqsədini daşıyır."

Bu sözləri "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bələdov bildirib. Deputat deyib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilmiş şəhər günləri işğaldan azad edilmiş ərazilərin mənəvi-tarixi və siyasi-strateji əhəmiyyətini xüsusi vurğulayır:

“Bu təşəbbüs həm tarixi hadisələrin xatırlanması, həm də xalqımızın azadlıq uğrunda apardığı mübarizənin nəticələrinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. 26 avqust – Laçın şəhəri günü Azərbaycanın hərbi-siyasi qələbəsinin və dövlətçilik mövqeyinin aydın ifadəsidir.”

Deputat qeyd edib ki, Laçın rayonu tarixən strateji coğrafi mövqeyə malik olub. Uzun illər Ermənistanı Qarabağla birləşdirən əsas tranzit funksiyasını daşıyan bu ərazi regional təhlükəsizlik baxımından həmişə kritik nöqtə hesab olunub:

“1992-ci ildə Laçının işğalı Azərbaycan üçün böyük strateji itki idi. Ermənistan faktiki olaraq Qarabağ üzərində nəzarətini möhkəmləndirmiş, ölkəmizin bölgə ilə əlaqə imkanlarını məhdudlaşdırmışdı. 44 günlük Vətən müharibəsindən sonra isə Laçın 1 dekabr 2020-ci il tarixində döyüşsüz olaraq Azərbaycana qaytarıldı. Bu, xalqımızın sarsılmaz iradəsinin parlaq ifadəsi kimi tarixə yazıldı və bölgədə davamlı sülhün, sabitliyin bərpası üçün möhkəm zəmin yaratdı.”

Bədəl Bədəlovun sözlərinə görə, 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərinin, ardınca isə 2023-cü il aprelin 23-də sərhəd-keçid məntəqəsinin Azərbaycanın nəzarətinə qaytarılması ölkəmizin suveren hüquqlarının tam bərpa edilməsi baxımından mühüm hadisə oldu:

“Laçının azad olunması Azərbaycan Ordusuna strateji üstünlüklər qazandırdı. Bu həm manevr imkanlarımızı genişləndirdi, həm də separatçı qüvvələrin təchizat yollarını kəsərək onların hərbi potensialının zəifləməsinə səbəb oldu. Nəticədə, 2023-cü ilin payızında həyata keçirilmiş antiterror tədbirləri uğurla başa çatdırıldı.”

Deputat bildirib ki, Laçın rayonunun bərpası yalnız hərbi-strateji deyil, həm də iqtisadi və sosial aspektlərdən mühüm əhəmiyyət daşıyır:

“Laçının zəngin yaylaqları, meşələri və təbii ehtiyatları kənd təsərrüfatı, arıçılıq və turizm üçün böyük imkanlar açır. Burada geniş infrastruktur layihələri həyata keçirilir, yollar, elektrik və su xətləri yenidən qurulur. Ən əsası isə, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bölgənin iqtisadi potensialını beynəlxalq miqyasda reallaşdırmaq üçün unikal imkan yaradır.”

Millət vəkili əlavə edib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıdışı milli kimliyin bərpasında və sosial rifahın gücləndirilməsində mühüm rol oynayır:

“Artıq yüzlərlə ailə Laçında tikilən müasir evlərə yerləşdirilib. Məktəblər, xəstəxanalar, sosial və mədəniyyət ocaqları bərpa olunub. İnsanların ata-baba yurdlarına dönüşü yalnız sosial əhəmiyyət daşımır, həm də milli yaddaşın qorunmasında həlledici rol oynayır.”

Sonda Bədəl Bədəlov vurğulayıb:
“26 avqust – Laçın şəhəri günü göstərir ki, Azərbaycan yalnız ərazi bütövlüyünü təmin etməklə kifayətlənmir, həm də bu torpaqlarda həyat yaradır, sosial və iqtisadi inkişafı təmin edir. Laçın artıq təkcə Qələbənin deyil, həm də gələcəyə inamın və davamlı inkişafın rəmzinə çevrilib.”


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri