Azad olunmuş ərazilərdə də ixtisaslaşma məsələsi səmərəli qaydada yerinə yetirilməlidir
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Müəyyən məhsulların yetişdirilməsi, inkişafı həm təbii şəraitdən, həm də insanların marağından asılıdır".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deputat həmkarı Razi Nurullayevin azad olunmuş ərazilərdə kəndlərin funksional zonalara bölünməsi barədə təklifindən danışarkən bildirdi.
O qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərin özü də sovetlər dövründə hələ müəyyən məhsulların profilinə görə ixtisaslaşmışdı:
"Kəlbəcərdə, Laçında heyvandarlıq daha çox inkişaf etdirilmişdi. Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında meyvəçilik, arıçılıq, üzümçülük inkişaf etmişdi. Ağdamda, Füzulidə taxılçılıq, pambıqçılıq inkişaf etmişdi. O dövrdə xüsusi diqqət verirdilər ki, hansı məhsulu hansı şəraitdə yetişdirmək lazımdır. Bu gün də bu ixtisaslaşma gedir. Müəyyən aqroparklar, müəyyən sənaye müəssisələri yaradırlar. Biz Kəlbəcərdə limon yetişdirə bilmərik. Orada sözsüz, alma yetişdirmək mümkün deyil, ancaq Kəlbəcərdə heyvandarlıq inkişaf etmişdi. Portağal, limon Lənkəran, Masallı, Astara zonasında daha çox yetişir. Bu rayonlar ixtisaslaşıblar. Ona görə də asılı deyil, istər işğaldan azad olunmuş ərazilər olsun, istərsə də bizim digər ərazilərimiz. Müəyyən məhsullar müəyyən yerlərdə yetişdirilir və bu ixtisaslaşma da bu gün də davam edir. Mən Razi müəllimin fikirlərini inkar etmək fikrində deyiləm, çünki o, düzgün təhlildir ki, elə işğaldan azad olunmuş ərazilərdə də ixtisaslaşma məsələsi səmərəli qaydada yerinə yetirilsin. Çünki çox vacibdir ki, həmin yerlərdə ayrı-ayrı təbii şəraitləri nəzərə alaraq istehsal inkişaf etdirilsin".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 25 Fevral 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















