Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Azad qadın yetişdirmək istəyiriksə

Azad qadın yetişdirmək istəyiriksə

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Son günlər Türkiyədən Azərbaycandakı məktəblərdə qız şagirdlərin baş örtməsi ilə bağlı müzakirələrə müdaxilə edən, Azərbaycan dövlətinin mövqeyini “sovet qalığı” kimi təqdim edən çoxsaylı sosial media paylaşımlarına rast gəlirik.
Məncə, bu məsələyə Türkiyə–Azərbaycan münasibətləri, sünnilik–şiəlik, dindarlıq–dinsizlik və ya hər hansı siyasi partiyanın prizmasından deyil, uşaq hüquqları, təhsilin dünyəviliyi, qadının şəxsiyyət kimi formalaşması və fərdi azadlıqlar prizmasından baxmaq lazımdır.
Əvvəlcə bir məsələni dəqiqləşdirək.
Azərbaycan Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarında “hicab” sözü ayrıca yazılmayıb. Qərarda dövlət ümumi təhsil müəssisələrində müəyyən edilmiş geyim formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərinə yol verilməməsi nəzərdə tutulur. Bu qaydaların tətbiqi ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurasına həvalə edilib.
Deməli, burada müzakirə edilməli məsələ sadəcə “dövlət hicabı qadağan etdi” tezisi deyil. Əsas məsələ dövlət məktəbi uşağın dini və dünyagörüşü baxımından hansı sərhədləri müəyyən edə bilər və bunu edərkən uşağın vicdan və ifadə azadlığı ilə dünyəvi təhsil prinsipi arasında hansı balans qorunmalıdır?
Bu, ciddi hüquqi məsələdir.
Konstitusiyada vicdan və dini etiqad azadlığı qorunur. Eyni zamanda dövlət təhsil sisteminin dünyəvi xarakteri də hüquqi sistemin əsas prinsiplərindəndir. Ona görə də hər iki prinsip birlikdə nəzərdən keçirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin dini geyimlə bağlı presedentləri də göstərir ki, dövlətlərin müəyyən tənzimləmə imkanları mövcuddur, lakin bu imkanlar mütləq və limitsiz deyil, konkret vəziyyət, məqsəd və məhdudiyyətin mütənasibliyi ayrıca qiymətləndirilir.
Bundan da vacib bir sual ibtidai və orta məktəb yaşında olan qız uşağının geyimi həqiqətən onun müstəqil seçimi hesab edilə bilərmi?
Uşağın dini dünyagörüşünün formalaşmasında ailənin, sosial mühitin, icmanın və həmyaşıdların təsiri təbiidir. Lakin inkişaf psixologiyası göstərir ki, uşaqlıqdan yeniyetməlik dövrünə keçdikcə insanın özünüidentifikasiyası, şəxsi dəyərləri və müstəqil qərarvermə qabiliyyəti inkişaf edir. Yeniyetməlik məhz insanın “mən kiməm?”, “nəyə inanıram?”, “hansı dəyərləri özüm qəbul edirəm?” suallarına cavab axtardığı dövrdür.
Ona görə də mənim üçün əsas prinsip uşağa hazır kimlik verməkdənsə, ona öz kimliyini formalaşdırmaq imkanını vermək lazımdır. Başı papaqlı və ya papaqsız, saqqallı və ya saqqalsız, başıörtülü və ya başıaçıq və s. bunların heç biri insanın mənəvi keyfiyyətinin avtomatik göstəricisi deyil. Əxlaq başdakı geyimdə deyil, əxlaq davranışdadır. Vətənpərvərlik geyimdə deyil, vətənə münasibətdədir. İman yalnız geyimdə deyil, insanın həyat tərzi və vicdanındadır.
Mədəniyyət isə insanın başındakı örtükdən daha böyük anlayışdır. Məktəbin əsas vəzifəsi uşağın geyimini ideoloji mübarizənin predmetinə çevirmək deyil. Məktəb uşağa elm verməlidir. Tənqidi düşünməyi öyrətməlidir. Hüquqlarını bilməyi öyrətməlidir. Başqasının inancına hörmət etməyi öyrətməlidir. Öz seçiminə sahib çıxmağı öyrətməlidir. Heç kimin qarşısında kor-koranə itaət etməməyi öyrətməlidir.
Çünki gələcəyin azad qadını yalnız “başını necə bağlamağı” və ya “necə açmağı” bilən qadın deyil. Gələcəyin azad qadını niyə belə etdiyini bilən qadındır. Öz qərarını verə bilən, “yox” deməyi bacaran, təhsil alan, peşə sahibi olan, iqtisadi cəhətdən müstəqil olan, hüquqlarını bilən, manipulyasiyanı tanıyan, dini və siyasi təbliğatla elmi həqiqəti bir-birindən ayıra bilən qadındır.
Biz qız uşağını gələcəkdə hansısa kişinin, ailənin, dini icmanın, siyasi təşkilatın və ya başqa bir ideoloji qrupun “aləti” olmasın deyə yetişdirməliyik. Azadlığın ən mühüm şərti seçim haqqıdır. Bu baxımdan mən orta məktəb yaşında olan uşaqların geyim məsələsinə böyüklərin dini və siyasi mübarizəsinin predmeti kimi yanaşılmasının əleyhinəyəm. Uşağın formalaşmamış dünyagörüşünü müxtəlif ideoloji məqsədlər üçün istifadə etmək düzgün deyil.
Bu məsələdə “dindar olanlar” və “olmayanlar” kimi iki cəbhə yaratmaq da səhvdir. Çünki problem dindar insanla deyil. Problem uşağın seçimindən istifadə etməklə onun üzərində ideoloji nəzarət qurulması ehtimalıdır.
Bu yanaşma yalnız Azərbaycana aid məsələ də deyil.
Türkiyənin təcrübəsi də bu baxımdan ayrıca düşünülməlidir. Türkiyədə dini geyim məsələsi onilliklər ərzində yalnız dini azadlıq və dünyəvilik mübahisəsi olmayıb həm də siyasi hakimiyyət, qadının cəmiyyətdəki rolu və müxtəlif dini-siyasi qruplar arasındakı rəqabətlə bağlı olub. Bu qarşıdurmaların bəzən düşmənçilik səviyyəsinə qədər yüksəlməsi, dinin müəyyən hallarda siyasi və iqtisadi maraqların alətinə çevrilməsi və cəmiyyətin dindarlığa müxtəlif formalarda yönləndirilməsi Türkiyədə din–siyasət münasibətlərinin ciddi müzakirə mövzusuna çevrilib. Din mənəvi dəyər olmaqdan çıxıb siyasi və iqtisadi qazanc vasitəsinə çevrildikdə isə təkcə cəmiyyətə deyil, dinin özünün ictimai nüfuzuna və etibarına da zərər dəyir. Avropa İnsan Hüquqları Məhkəməsinin Türkiyə ilə bağlı qərarlarında da dünyəvilik, dini etiqad azadlığı və dini geyim məsələləri müxtəlif kontekstlərdə geniş şəkildə müzakirə olunub.
Ona görə də Azərbaycana kənardan verilən hər bir siyasi-dini reseptə də, daxildən verilən hər bir inzibati qərara da eyni sualla yanaşmaq lazımdır: Bu, insanın azadlığını artırır, yoxsa onun üzərində nəzarəti artırır?
Dünyəvilik dinsizlik demək deyil.
Dünyəvilik dövlətin vətəndaşın dini inancına görə üstünlük və ya aşağılıq müəyyən etməməsi, təhsilin isə uşağa hər hansı dini və ya siyasi dünyagörüşünü məcburi kimlik kimi yükləməməsi prinsipidir.Eyni zamanda dünyəvilik dini insanlardan düşmən görməyi də tələb etmir. Dünyəvi dövlət həm dindarın, həm dinsizin, həm başıörtülünün, həm başıaçığın hüququnu qoruyan dövlətdir.
Mən Azərbaycan qadınının gələcəyini nə Tehranda, nə Ər-Riyadda, nə Ankarada, nə də başqa bir paytaxtda hazırlanmış sosial modeldə görürəm. Azərbaycan qadınının modeli Azərbaycanın öz tarixindən, öz mədəniyyətindən, öz hüquq sistemindən və ən əsası, Azərbaycan qadınının öz iradəsindən doğmalıdır.
Biz qız uşağına sadəcə “necə görünməyi” yox, necə düşünməyi öyrətməliyik. Onu sadəcə yaxşı həyat yoldaşı olmağa deyil, əvvəlcə öz həyatının məsuliyyətini daşıyan tamhüquqlu şəxsiyyət olmağa hazırlamalıyıq.
Elə bir qadın yetişdirməliyik ki, heç kim onu dini şüarlarla idarə edə bilməsin, heç kim onu siyasi şüarlarla aldada bilməsin, heç kim onu iqtisadi asılılıqla susdura bilməsin, heç kim onun bədənini və geyimini öz ideoloji məqsədinə çevirə bilməsin, heç bir kişi onu öz mülkiyyəti hesab etməsin, heç bir dini və ya siyasi qrup onu öz elektoratına çevriləcək “hazır insan” kimi görməsin. Çünki güclü cəmiyyət itaətkar uşaqlar yox, düşünən insanlar yetişdirir. Və bəlkə də bu mübahisədə ən doğru sual “qız uşağının başı bağlıdır, yoxsa açıq?” deyil.
Əsl sual budur:
O qız böyüyəndə öz həyatına özü qərar verə biləcəkmi?
Qız uşağının başının içinə nə qoyulduğuna diqqət etməliyik. Başın içinə təhsil, vicdan, tənqidi düşüncə, hüquq bilgisi, mədəniyyət, vətən sevgisi, nsan sevgisi, mərhəmət qoyaq. Qalan seçimləri isə böyüdükdə özünə buraxaq…!
Səftər Rəhimli, hüquq elmləri doktoru
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Sentyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri