Icma.az
close
up
RU
Azad torpaqlarda bol məhsul yetişdirilir

Azad torpaqlarda bol məhsul yetişdirilir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bölgənin 100 min hektarında əkin-biçin aparılır

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistanın 30 il ərzində işğalda saxladığı torpaqlarımız azad edildikdən sonra Qarabağın və Şərqi Zəngəzurun ölkəmizin kənd təsərrüfatına reinteqrasiyasına başlanılıb. Bu istiqamətdə həyata keçirilən layihələr nəticəsində indiyədək 100 min hektara yaxın sahə əkinə cəlb olunub.

Qısa müddət ərzində həmin əkin dövriyyəsinin, təqribən, yarısında kənd təsərrüfatı işlərinin görülməsi məqsədilə texnika və digər istehsal vasitələri ilə təminat yüksək səviyyədə həyata keçirilib, taxıl sahələrində pivot suvarma infrastrukturunun qurulmasına başlanılıb. İlkin qiymətləndirilməyə əsasən, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilən ərazilərində məskunlaşma, bərpa və inteqrasiya prosesləri başa çatdıqdan sonra, təqribən, 150 min hektar əkin sahəsi dövriyyəyə cəlb olunacaq. Mövcud əkin strukturu nəzərə alınmaqla bu sahələrin, təqribən, 100 min hektarı taxıl istehsalına yönəldiləcək. Şübhəsiz ki, bu, həm ərzaq təminatı, həm də heyvandarlığın yem bazasının yaxşılaşdırılmasnda əhəmiyyətli rol oynayacaq.

Hesablamalara görə, regionda kənd təsərrüfatı istehsalının bərpası hesabına ölkə üzrə ümumi kənd təsərrüfatı məhsullarının istehsalı 8-10 faizdən çox artacaq. Eyni zamanda, strateji əhəmiyyətli su ehtiyatlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yeni sahələrin suvarılması gerçəkləşdiriləcək ki, bu da bütövlükdə, ölkədə kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında minaların təmizlənməsi prosesi ilə paralel böyük potensiala malik ərazilərin yenidən əkin dövriyyəsinə qaytarılır. Bu sahələrdə yetişdirilən müxtəlif növ məhsullar ölkədə aqrar sahənin inkişafına təkan verməklə bərabər, bu sahədə idxaldan asılılığı aşağı salır. Artıq bu istiqamətdə davamlı layihələr həyata keçirilir. Regionda tarixən mövcud olan üzümçülük, tütünçülük, baramaçılıq və arıçılıq sahələrinin bərpası və genişləndirilməsi ilə yanaşı, intensiv meyvəçilik sahəsi də inkişaf etdirilir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin 7 ayında Qarabağ iqtisadi rayonunda dənli və dənli paxlalı bitkilər üzrə məhsul yığımı 395 min ton, məhsuldarlıq hər hektarda 37,2 sentner (ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 28,4 faiz və 9,1 çox) olub. Şərqi Zəngəzur bölgəsində isə bu sahədə məhsul yığımı 9 min ton, məhsuldarlıq hər hektarda 17,3 sentnerə (illik müvafiq olaraq 17,6 faiz və 28,2 faiz çox) yüksəlib.

Ümumilikdə, 2025-ci ilin yanvar – iyul aylarında Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatı istehsalında müsbət meyllər üstünlük təşkil edib. Xüsusən Qarabağ iqtisadi rayonunda dənli bitkilər, kartof və tərəvəz üzrə məhsul yığımı artım tempi ilə diqqət çəkib. Şərqi Zəngəzurda da kənd təsərrüfatı potensialının genişləndirilməsi istiqamətində də müəyyən layihələrin icrasına xüsusi önəm verilib.

Beləliklə, ölkənin işğaldan azad edilmiş ərazilərinin potensialından istifadə olunması bu bölgədə kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək, iqtisadiyyatımıza yeni töhfələrini verəcək. Respublikamızın idxaldan asılılığının azalması isə milyonlarla dollar valyutanın qənaət edilməsinə və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına gətirib çıxaracaq.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur ərazilərində iqtisadi, eləcə də aqrar investisiya mühitinin yaradılması üçün növbəti mərhələ sayılan fiziki infrastrukturun böyük hissəsi artıq qurulub. İşğaldan azad olunmuş ərazilər elektrik enerjisi ilə tam təmin olunub. Bu iqtisadi rayonlar ölkənin vahid enerji şəbəkəsinə qoşulub. Nəqliyyat infrastukturu tam sürətlə bərpa olunmağa başlayıb və bu sahədə indiyədək genişmiqyaslı layihələr gerçəkləşdirilib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ilə təmin olunması məqsədilə dövlət proqramında su anbarlarının, suvarma və paylayıcı kanalların, nasos stansiyalarının, subartezian quyularının, hidroqovşaqların və digər su təsərrüfatı obyektlərinin mərhələli şəkildə təmiri, bərpası və yenilərinin tikintisinin 2026-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılıb.

Bölgədə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən layihələrdən bəhs edərkən “Araz Vadisi İqtisadi Zonası”nın fəaliyyətinə də toxunmaq istərdik. Xatırladaq ki, təməli dövlətimizin başçısı tərəfindən qoyulan bu aqrar qurum üçün Cəbrayıl rayonu ərazisində 200 hektar sahə ayrılıb. Bu nəhəng təsərrüfat Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə yaradılıb.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında indiyədək 17 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Zonada görülmüş işlərə sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.

Zəngilan rayonunda yaradılan “Dost Aqropark”ın fəaliyyətinə gəldikdə isə əvvəlcə onu deyək ki, parkın sürətlə inkişaf etdirilməsi düşməndən təmizlənən ərazilərdə aqrar sektorun inkişafı, kənd təsərrüfatının sənayeləşdirilməsi məqsədi daşıyır. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Aqroparkda birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb.

5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri tikilib və bura 3500 baş cins qaramal gətirilib, eyni zamanda, əkinçilik məhsullarının istehsalına başlanılıb. “Dost aqropark”ın ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərməsi də qarşıya mühüm vəzifə kimi qoyulub. Burada ekosistemin yaradılması üçün, ümumilikdə, 100 milyon dollar dəyərində sərmayə yatırılacağı nəzərdə tutulub.

Sonda onu da qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə layihələri uğurla həyata keçirmələri üçün hər cür şərait yaradılıb. Məsələn, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlara əlavə güzəştlərin tətbiqinə başlanılıb. Bura sosial sığorta haqlarının subsidiyalaşdırılması, düşməndən təmizlənən yaşayış sahələrində məskunlaşaraq işləyən mütəxəssislərə hər il 5 gün əlavə məzuniyyət verilməsi, aylıq vəzifə maaşına əlavələrin hesablanması, 600 manat birdəfəlik müavinət verilməsi, iş icazələrinin alınmasının sadələşdirilməsi kimi imtiyazlar daxil edilib. İqtisadi rayonlarda fəaliyyət göstərən sahibkarların istehsal prosesində istifadə etdikləri bir sıra xammal və materialların idxalı da 10 il müddətinə ƏDV-dən azad olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Avqust 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri