Icma.az
close
up
RU
2026 cı il Azərbaycanın şəhərsalma tarixində yeni və əlamətdar bir mərhələ kimi böyük uğurlarla tarixə yazılacaq ŞƏRH

2026 cı il Azərbaycanın şəhərsalma tarixində yeni və əlamətdar bir mərhələ kimi böyük uğurlarla tarixə yazılacaq ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlumdur ki, xalqımızın yaratdığı irs nümunələrini, zəngin tariximizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək çox məsuliyyətli iş olmaqla yanaşı multidissiplinar yanaşmanı tələb edir. Bu işə hər kəs həssas yanaşmalı, istər dövlət, özəl qurumlar, istərsə də ümumi əhali səfərbər olmalı, irsimizi qorumaq və yaşatmaq bizim ən ümdə vəzifəmizə çevrilməlidir. Yeri gəlmişkən, bu gün Azərbaycan xalqının yaratdığı, zaman-zaman daha da inkişaf etdirdiyi 4 mədəni irs nümunəsi (Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçərişəhər, Qobustan Qaya Sənəti Mədəni Landşaftı və Şəki xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi, Xınalıq və Köç yolu landşaftı) və 1 təbiət irsimiz (Hirkan meşələri) UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Daha 10 tarix (7) və təbiət abidəmiz (3) UNESCO-nun İlkin İrs Siyahısına daxil edilib.

Xüsusilə qeyd etmək lazımdır ki, tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır. Azərbaycan öz suverenliyini tam bərpa edib, hazırda isə regionun əsl və tarixi simasını geri qaytarmaq və keçmiş ruhunu dirçəltmək üçün tammiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Füsunkar və Əzəmətli Şuşa saysız-hesabsız mədəni tədbirlərə səhnə olmuşdur. Mədəniyyətin beşiyi olan Qarabağ tarixi sahiblərinə qovuşmuşdur. XII əsrin böyük Azərbaycan memarı və filosofu Memar Əcəminin dediyi kimi, “Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik əsər qalar yadigar”. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında “Böyük Qayıdış” proqramı çərçivəsində burada həm infrastruktur, həm də sosial və ekoloji layihələr həyata keçirilir. Azərbaycan bu torpaqlarda ekoloji ədaləti bərpa etməyə və regionu yaşıl inkişaf mərkəzinə çevirməyə nail olub. Yəni Azərbaycan təkcə itirilmiş torpaqlarını deyil, həm də itirilmiş ekoloji dəyərlərini bərpa edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq ili” elan olunub. Bu sərəncam ölkəmizin daxili və xarici siyasətdə növbəti il üçün prioritet mövzusunu da özündə əks etdirir. Bu həm də dövlətin “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişaf üzrə Milli Prioritetlər” strategiyasına uyğun olaraq urbanizasiya, ekoloji təhlükəsizlik və davamlı inkişaf sahələrində beynəlxalq əlaqələrini gücləndirmək və qlobal proseslərə təsir etmək üçün yeni imkanlar açır. Azərbaycan, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” kimi layihələri ilə dayanıqlı inkişaf gündəliyində qlobal liderliyə iddialıdır. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri şəhərsalma və memarlığın dövlət siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiqləyir. Şuşanın tarixi simasının bərpası milli iradənin, müasir yanaşmanın və tarixi məsuliyyətin vəhdətidir. Ölkəmiz bu il BMT-in daha bir mötəbər tədbiri olan “Dünya Şəhərsalma Forumunun” 13-cü sessiyasına evsahibliyi edəcək. Beynəlxalq mötəbər tədbirlərə evsahibliyi Azərbaycanın xarici siyasətdə artan imicinə müsbət təsir göstərməklə yanaşı, diplomatik əlaqələrin də yeni formatda inkişafına imkan yaradır və beynəlxalq platformalarda mövqeyimizi daha da gücləndirir. Bu həm də dövlətin “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişaf üzrə Milli Prioritetlər” strategiyasına uyğun olaraq urbanizasiya, ekoloji təhlükəsizlik və davamlı inkişaf sahələrində beynəlxalq əlaqələrini gücləndirmək və qlobal proseslərə təsir etmək üçün yeni imkanlar açır.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın milli inkişaf strategiyasının, qlobal məsuliyyətinin və gələcəyə yönəlmiş baxışının ifadəsidir. Bu addım ölkəmizin dayanıqlı şəhərsalma, ekoloji tarazlıq, innovativ planlaşdırma və mədəni irsin qorunması sahələrində əldə etdiyi təcrübəni beynəlxalq müstəviyə çıxarmaq üçün mühüm platforma yaradır. Dünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi isə Azərbaycanın artıq qlobal urbanizasiya gündəliyinin formalaşmasında fəal iştirakçı və etibarlı tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir. Tarixi irsə söykənən, müasir çağırışlara cavab verən və gələcək nəsilləri hədəfləyən bu yanaşma göstərir ki, Azərbaycan üçün şəhərsalma və memarlıq sadəcə məkan quruculuğu deyil, milli kimliyin qorunması, sosial rifahın yüksəldilməsi və dayanıqlı gələcəyin təmin olunmasıdır.

Ən əsası, mədəniyyət, eləcə də mədəni irsimizin qorunması, mühafizəsi, inkişafı Ümummilli Lider Heydər Əliyevin ən önəm verdiyi, yüksək peşəkarlıq və siyasi iradə ilə yürütdüyü daxili siyasətinin bir parçası olmuş və bu ənənə Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq uğurla davam etdirilir.

Əliqaya Namazov,

YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Yanvar 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see372

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see217

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see200

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see184

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see179

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see176

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see173

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see151

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see139

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see129

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see128

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri