Icma.az
close
up
RU
Azadlıq meydanından dünyaya yayılan strateji bəyanat

Azadlıq meydanından dünyaya yayılan strateji bəyanat

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı paradı yeni status-kvonu təsdiqləyən dövlətlərin koalisiyasını bir araya gətirdi

Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Zəfərin beşinci ildönümünə həsr olunmuş Hərbi parad Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallığın və çoxşaxəli xarici siyasət strategiyasının göstəricisi idi. Noyabrın 8-də baş tutan möhtəşəm mərasim ölkənin hərbi potensialının nümayişi ilə yanaşı, həm də beynəlxalq münasibətlər sistemindəki mövqeyini və strateji tərəfdaşlıqlarının dərinliyini bütün dünyaya bəyan edən fundamental siyasi platforma funksiyasını yerinə yetirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən parada ənənəvi müttəfiqlərin – Türkiyə və Pakistanın ali rəhbərlik səviyyəsində təmsil olunması, eləcə də Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin nüfuzlu dövlətlərindən yüksək rütbəli hərbi nümayəndə heyətlərinin iştirakı Bakının qlobal siyasətdəki çəkisini və etibarlı tərəfdaş statusunu təsdiqləyən əsaslı göstərici oldu.

Hərbi mərasimin geosiyasi məzmununun dərinliyində ilk növbədə Azərbaycan–Türkiyə–Pakistan üçtərəfli strateji tərəfdaşlıq formatının sarsılmazlığına və institusional dərinliyinə diqqət yetirmək zəruridir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin paradda iştirakı formal protokol qaydasından qat-qat dərin strateji məna daşıyırdı. Vətən müharibəsinin ilk anlarından etibarən Azərbaycana qeyd-şərtsiz siyasi, mənəvi dəstək göstərən Türkiyə liderinin iştirakı iki qardaş dövlətin Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilmiş müttəfiqlik münasibətlərinin növbəti parlaq təzahürü idi. Türkiyə hərbçilərinin Azərbaycan əsgərləri ilə eyni cərgədə, çiyin-çiyinə Azadlıq meydanından keçməsi ortaq tale, ortaq gələcək və təhlükəsizlik konsepsiyasının vizual təsdiqi idi.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin parada qatılması strateji müttəfiqliyin dərinliyini sərgiləyən növbəti mühüm hadisə oldu. Tarixən Azərbaycanın ədalətli mövqeyini bütün beynəlxalq platformalarda ardıcıl dəstəkləyən, Ermənistanın işğalçılıq siyasətinə qarşı prinsipial mövqe tutaraq bu ölkəni müstəqil dövlət kimi tanımaqdan imtina edən Pakistanın Vətən müharibəsi dövründə göstərdiyi həmrəylik Azərbaycan xalqının yaddaşında dərin izlər buraxıb.

Bakıdakı parad bir müddət əvvəl Laçında üç ölkə liderinin iştirakı ilə keçirilən tarixi zirvə görüşündə əsası qoyulan çoxtərəfli əməkdaşlıq platformasının artıq real fəaliyyət mərhələsinə keçdiyini sübuta yetirdi. Təhlükəsizlik, müdafiə sənayesi, enerji və nəqliyyat sahələrində əməkdaşlığı əhatə edən platforma Cənubi Qafqazdan Orta Asiyaya, oradan da Hind okeanı sahillərinə qədər uzanan yeni güc oxu formalaşdırmaqdadır. Azadlıq meydanında yanaşı dalğalanan Azərbaycan, Türkiyə və Pakistan bayraqları “üç dövlət – tək ürək” reallığının təcəssümü kimi regionda sülh və təhlükəsizliyin əsas qarantlarından olan qardaşlıq ittifaqının sarsılmazlığını dünyaya bəyan edirdi.

***

Paradın beynəlxalq iştirakçılarının geniş coğrafiyası Azərbaycanın xarici siyasətinin çoxvektorlu və praqmatik xarakter daşıdığını aydın şəkildə ortaya qoydu. Avropa İttifaqı və NATO üzvü Slovakiyanın Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətinin iştirakı xüsusi diqqət tələb edir. Bu səviyyədə təmsilçilik Bakının, eyni zamanda, Avroatlantik məkanın mühüm üzvləri ilə təhlükəsizlik və müdafiə sahəsində strateji dialoq qurduğunu təsdiqləyir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı əvəzolunmaz rolu fonunda, müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi münasibətlərin strateji mahiyyət aldığının göstəricisidir. Slovakiyanın yüksək səviyyəli nümayəndə heyətinin Zəfər paradında iştirakı Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətin, eyni zamanda, Cənubi Qafqazda yaranmış yeni reallıqların qitənin mərkəzindəki dövlətlər tərəfindən qəbul edildiyinin təsdiqi kimi oxunmalıdır. Hadisə, həmçinin Azərbaycanın müasir müdafiə sənayesi məhsullarının Avropa bazarına çıxışı üçün yeni perspektivlər aça biləcək əməkdaşlıq imkanlarının mövcudluğundan xəbər verir.

Serbiya silahlı qüvvələrinin baş qərargah rəisi, general Milan Moysiloviçin paradda iştirakı iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin hərbi sahədə də ardıcıl şəkildə möhkəmləndiyini nümayiş etdirdi. Həm Azərbaycan, həm də Serbiya beynəlxalq hüququn təməl prinsipləri olan ərazi bütövlüyü və suverenliyə hörmət mövzusunda həssas yanaşmaları ilə tanınır və bu proses iki ölkənin siyasi mövqelərini yaxınlaşdıran fundamental amildir. Baş Qərargah rəisinin belə mühüm tədbirə qatılması gələcək əməkdaşlığın konkret konturlarını müəyyənləşdirir.

Paraddakı iştirakçıların tərkibində Mərkəzi Asiya respublikalarının xüsusi yer tutması Türk dünyası çərçivəsində inteqrasiya proseslərinin dərinləşməsinin bariz nümunəsi kimi yadda qaldı. Qazaxıstanın müdafiə naziri Dauren Kosanovun, Qırğızıstanın müdafiə nazirinin, habelə Özbəkistanın müdafiə nazirinin müavininin tədbirdə təmsil olunması Vətən müharibəsindəki qələbədən sonra Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı nüfuzunun və aparıcı rolunun əhəmiyyətli dərəcədə artdığını təsdiqləyir. Azərbaycan Ordusunun müasir müharibə şəraitində qazandığı unikal təcrübə, hibrid müharibə elementlərini klassik hərbi əməliyyatlarla sintezetmə bacarığı, qardaş Mərkəzi Asiya ölkələri üçün böyük maraq kəsb edir və birgə hərbi təlimlərin intensivləşməsinə, təcrübə mübadiləsinin genişlənməsinə və müdafiə sənayesi sahəsində əməkdaşlığın güclənməsinə güclü təkan verir. “Birləşdik-2024” kimi birgə hərbi təlimlərin keçirilməsi bu əməkdaşlığın praktiki nəticələrindəndir. Zəfər paradı Türk dünyasının hərbi-siyasi sahədə də birliyinin və sarsılmaz həmrəyliyinin nümayiş olunduğu möhtəşəm platformaya çevrildi.

Yaxın Şərqin aparıcı dövlətlərindən olan Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavininin paradda iştirakı isə Bakının İslam dünyası ilə əlaqələrinin strateji dərinliyə malik olduğunu isbatladı. Son illər ərzində Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında həm siyasi, həm də iqtisadi münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Krallığın Azərbaycanın ərazi bütövlüyünə verdiyi birmənalı dəstək və iki ölkə liderləri arasındakı səmimi, etimada söykənən münasibətlər, əməkdaşlığın müdafiə sahəsinə də şamil olunması üçün əlverişli zəmin yaratmışdır. Səudiyyə Ərəbistanının yüksək rütbəli hərbi rəsmisinin Zəfər paradını izləməsi, gələcəkdə müdafiə sənayesi, birgə təlimlər və hərbi təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların mövcudluğuna işarə edir.

Paradda nümayiş etdirilən ən müasir silah sistemləri, uzaqmənzilli raket və artilleriya qurğuları, çoxqatlı hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri və katerləri Azərbaycan Ordusunun təkcə yüksək döyüş ruhuna sahib olmadığını, həm də maddi-texniki təchizatının hansı yüksək səviyyədə olduğunu göstərdi.

Bakının Azadlıq meydanında keçirilən parad Azərbaycanın milli gücünün bütün komponentlərinin – hərbi, diplomatik, siyasi və mənəvi gücün vahid vəhdət təşkil etdiyini bütün dünyaya nümayiş etdirdi. Türkiyə və Pakistan liderlərinin iştirakı ilə təcəssümünü tapan sarsılmaz qardaşlıq ittifaqı Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik arxitekturasının təməl sütununu təşkil edir. Avropa, Balkan, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinin yüksək səviyyəli nümayəndələrinin iştirakı isə Azərbaycanın qlobal miqyasda etibarlı, proqnozlaşdırıla bilən və çoxşaxəli tərəfdaşlıqlar qurmağa qadir suveren güc mərkəzi olduğunu qəti şəkildə təsdiqlədi. Parad tribunasının önündən keçən hər Azərbaycan əsgəri və nümayiş etdirilən hər hərbi texnika Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bundan sonra heç zaman təhdid altına alınmayacağının, regionda sülhün və əməkdaşlığın inkişafının Azərbaycanın iradəsi və qüdrəti ilə təmin olunacağının açıq və birmənalı bəyanatı idi.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri