Icma.az
close
up
RU
“Azadlıq qəzeti”nin faktlarla manipulyasiya cəhdi ifşa edildi Fotolar

“Azadlıq qəzeti”nin faktlarla manipulyasiya cəhdi ifşa edildi Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Azadlıq qəzeti”nin Feysbuk səhifəsində “Azərbaycan Afrika ölkəsi Botsvanadan da biabırçı dərəcədə geri qalır” başlıqlı məlumat yayılıb. Məlumatda deyilir ki, ABŞ-nin “Heritage Foundation” təşkilatı bu il üçün İqtisadi Azadlıqlar İndeksini tərtib edib: “Sizin diqqətinizə iki ölkəni təqdim edirik - Azərbaycan və Botsvananı. İki parametr üzrə (başqa parametrlər də var) müqayisə Afrika ölkəsi Botsvana ilə Azərbaycan arasında biabırçı fərqi ortaya qoyur”.

“Qafqazinfo” xəbər verir ki, “Faktyoxla Lab” bu məlumatın doğru olub-olmamasını araşdırıb.

ABŞ-nin “İrs Fondu” (“Heritage Foundation”) tərəfindən tərtib edilən “İqtisadi Azadlıq İndeksi 2025” hesabatında dünya ölkələrinin  4 əsas indikator və 12 sub-indikator əsasında azadlıq reytinqi və sırası müəyyənləşib. Azərbaycan hesabatda 184 ölkə arasında 62,5 balla 75-ci yerdə qərarlaşmaqla MDB və Avropa-Asiya regionu ölkələrinin əksəriyyətindən irəlidə, Gürcüstan (35-ci yer) və Ermənistandan (57-ci yer) isə aşağıda təsnifləşdirilib.

Hesabat müəllifləri əvvəlki illərdə olduğu kimi yenə də ikili standartlara yol verərək Azərbaycanda son illlərdə biznes, bank, maliyyə, vergi, daşınmaz əmlak və digər sektorlarda aparılan islahatlarının səmərəliliyini nəzərə almayıblar. Digər tərəfdən sözügedən hesabat üzərində açıq-aşkar manipulyasiya edən və Azərbaycan haqqında iqtisadi cəhətdən qeyri-azad ölkə təsəvvürü yaratmağa çalışan “Azadlıq qəzeti”nin müqayisə predmeti kimi Afrika ölkələrindən Botsvananı nümunə göstərməsi manipulyasiya cəhdi ilə yanaşı həm də jurnalist peşə etikasına zidd addımdır. Belə ki, “Azadlıq qəzeti” manipulyasiya və təxribatla məşğul olmaq əvəzinə, obyektiv və ədalətli müqayisələr, təhlillər aparsaydı, acınacaqlı Afrika ölkəsi saydığı Botsvananın hesabatda Böyük Britaniya, Belçika, Avstriya, Slovakiya, Bolqarıstan, Fransa, Yunanıstan, Xorvatiya, Polşa, Rumıniya, İspaniya, İtaliya və digər inkişaf ölkələrdən də öndə olduğunu göstərərdi.

“Azadlıq qəzeti”nin bu qeyri-sağlam məntiqinə görə, Botsvanadan xeyli aşağıda yerləşən Avropa Birliyi ölkələrinin 50 faizi, yaxud dünyanın iqtisadi-siyasi nəhənglərdən biri olan Böyük Britaniya da qeyri-azad iqtisadiyyata malikdir və ya “acı biabırçılıq”la üz-üzədir.

Bundan başqa, təkcə bu hesabata əsaslanaraq Azərbaycanın İtaliya, Macarıstan, Yunanıstan kimi Avropa, Küveyt kimi Asiya, CAR kimi Afrika ölkələrini qabaqladığını da qeyd etməli idilər.  

Təbii ki, “Heritage Foundation”-nun bu yanaşması kökündən səhvdir, amma ən böyük səhv- hesabatda aparılan tədqiqat, müqayisə predmeti və indekslər üzrə reytinqin qeyri-obyektivliyinə diqqət etmədən irqi-ayrıseçkiliyə yol verən “Azadlıq qəzeti”nindir. Qəzet rəhbərliyi anlamır ki, bu qədər ölkə arasında məhz Afrika ölkəsi olan Botsvananın seçilməsi həm də irqi-ayrıseçkilik nümunəsidir və bu cür təqdimat bütün beynəlxalq qanun və normalarla qadağandır.

İndi isə Botsvananın sosial-iqtisadi və siyasi durumu haqda məlumat verək. Botsvana iqtisadi resurslarına görə Afrikanın zəngin ölkələrindən biri olsa da, hələ inkişaf meyarları baxımından BMT və Dünya Bankının normalarından xeyli geridədir. Uzun illər İngiltərənin protektoratı olmuş ölkə müstəqilliyinə qovuşduqdan sonra inkişaf proqramları həyata keçirirək Cənubi Afrika Respublikası kimi inkişaf edən dövlətə çatmağı bacarıb. Zəngin faydalı qazıntılar, mədənçıxarma sənayesi, ələlxüsus da almaz, nikel, digər metallarla böyük dividentlər əldə edir. 

Ancaq ölkənin iqtisadiyyatı, təhsil və sağlamlıq sahəsindəki göstəriciləri o qədər də ürəkaçan deyil. Bu ölkənin 2024-cü ildə xarici borcunun səviyyəsi yüksələrək ÜDM-in 24,5%-nə çatıb. Botstvana hazırda orta gəlirli ölkələr qrupunun orta göstəricisindən də aşağıdır.

Ölkədə məhkəmə, demokratiya haqqında yaradılan rəy illüziyadır.Təhsil pulludur və məcburi deyil. Ədalətli və yüksək keyfiyyətli təhsilin təmin edilməsində problemlər qalmaqdadır. Hökumət hələ 2036-cı ildə təhsilin tam ölkəni əhatə edəcəyini hədəfləyib.

Botsvana səhiyyə və sosial xidmətlərin acınacaqlı durumun yaşandığı Afrika ölkələrindən biridir. Bu ölkə təkcə Afrikada deyil, dünyada QİÇS-dən (HİV) əziyyət çəkən ölkələr sıralamasında ilk yeri tutur. Bu ölkədə hiperendemik səviyyəyə qalxan xəstəlik 15-64 yaşlı əhalinin 21 faizini təşkil edir. 2 milyon əhalinin təxminən 400 min nəfəri QİCS-dən əziyyət çəkir, yəni hər 5 nəfərdən biri.

Ölkədə işsizlik 23 faizdən yüksəkdir, xaricdən pul asılılığı çoxdur və dövlət borcu ÜDM-in 20,1 %-nə bərabərdir.
Beləliklə, “Azadlıq qəzeti”nin təmtəraqla demokratiya və rifah ölkəsi kimi təqdim etdiyi Botsvanada siyasi-iqtisadi, sosial, demokratik mühitin qeyri-qənaətbəxş olması barədə çoxsaylı fakt və arqumentlər təqdim etmək mümkündür. Bu cür müqayisəni hesabatda 57-ci yerdə qərarlaşmış Ermənistan haqqında da söyləmək olar. Rusiya və Avrasiya İqtisadi İttifaqından asılı olan bu ölkənin azad iqtisadiyyatla heç bir bağlılığı olmadığı halda hər il ilk 50-likdə yer alması “Heritage Foundation”-nun hesabatının ikili standartlarla hazırlandığını bir daha təsdiq edir.

Yeri gəlmişkən, hesabat hazırlanandan az müddət sonra bu təşkilatın nümayəndələri Ermənistana səfər ediblər. Ermənistan mediası isə bu səfərlə əlaqəli olan əsas xəbər başlıqlarına təşkilatın siyahısında ölkələrinin 57-ci yerdə qərarlaşmasını çıxardıblar. Bu ölkənin mediasının yazdığına görə, Ermənistana səfər edən təşkilat nümayəndələrindən “Heritage Foundation”-nun prezidentinin baş məsləhətçisi Ceyms Karafano, Azərbaycana qarşı davamlı qərəzli mövqe tutan Atlantik Şurasının keçmiş elmi işçisi Kauş Arxa, ABŞ-nin Rumıniyada keçmiş səfiri Adrian Çukermanı hakim partiyanın parlamentdəki fraksiyasının rəhbəri Ayk Koncoryan qəbul edib.   

Onu da qeyd edək ki, bu təşkilatın rəhbərliyində azsaylı və dolayısı ilə olsa da ABŞ-dəki erməni lobbisinin təsiri altında olan şəxslər var. Belə ki, təşkilatın hökumətlə əlaqələr üzrə vitse -prezidenti Stiv Çartan (Steve Chartan) uzun müddət qatı ermənipərəst senator, Konqresdəki Erməni Bürosunun üzvü Ted Kruzla işləyib

Maraqlıdır ki, Ted Kruzla işləyən tək Stiv Çartan deyil, təşkilatın digər vitse-prezidenti Viktoriya Koatesin (Victoria Coates) də belə bir təcrübəsi var. O da senator Ted Kruzun milli təhlükəsizlik üzrə baş məsləhətçisi işləyib.

“Heritage Foundation”un rəsmi saytında qeyd olunur ki, bu təşkilatın nümayəndələri hər il ABŞ Konqresində yüzlərlə görüş keçirirlər. Ehtimal ki, adlarını qeyd etdiyimiz bu əməkdaşların sayəsində oradakı ermənipərəst konqresmenlər və erməniə silli əməkdaşlarla sıx münasibətlər formalaşıb. Məhz bunun nəticəsidir ki, Azərbaycanla bağlı göstəricilər neqativ formada təqdim edilib.

Azərbaycanla bağlı vəziyyətə gəlincə, faktlar Azərbaycanın həm Botsvana, həm də Ermənistandan bir çox parametrlərə görə xeyli irəlidə olmasını göstərir.

Əvvəla, “İqtisadi Azadlıq İndeksi”nin 1-ci sub-indeksləri olan “Mülkiyyət hüquqları”,“Məhkəmə sisteminin effektivliyi”, “Dövlətin bütövlüyü” üzrə Azərbaycan region ölkələri arasında ən yaxşı islahatlar aparan ölkə kimi Dünya Bankı (DB), Ümumdünya İqtisadi Forumu, BMT-nin İnkişaf Fondu və digər ciddi mötəbər təşkilatların hesabatlarında öz layiqli yerini alıb. Həmin hesabatlarda məhkəmə islahatlarının aparılması, xüsisilə də kommersiya və iqtisadi məhkəmələrin ayrıca fəaliyyətinin təmin edilməsi, həmçinin e-məhkəmə sisteminin yaradılması sayəsində biznes və digər iqtisadi subyektlərin hüquqlarının qorunması ilə bağlı islahatlar yüksək qiymətləndirilir. Azərbaycan həmin hesabatlarda  “investorların maraqlarının qorunması”, “müqavilələrin icrasının təmin edilməsi”, müflisləşmənin həlli” meyarları üzrə ilk 40 ölkənin sırasında yer alır.
Yaxud digər indekslər - “Dövlətin iqtisadi gücü” adlı kateqoriyanın “Vergi yükü”, “Dövlət xərcləri” və “Fiskal sağlamlıq” indeksləri üzrə də Azərbaycan ən əlverişli dövlətlər sırasındadır. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər iqtisadi institutların qiymətləndirmələri də təsdiqləyir ki, Azərbaycanda vergi-fiskal yük çox aşağı, hətta orta dünya göstəricisindən də aşağı dərəcədədır. “Doing Business” hesabatında Azərbaycan “Paying taxes” (“Vergilərin ödənişi”) göstərici üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrinin əksəriyyətini qabaqlayır. (mənbə)

“Biznesin azadlığı” (Business Freedom) anlayışı beynəlxalq praktikada hüquqi-normativ və infrastruktur mühitinin biznes müəssisələrinin səmərəli fəaliyyətinin ölçüsü deməkdir. Azərbaycan Dünya Bankının “Biznesəbaşlama” (Starting business) göstəricisi üzrə 9-cu yerə layiq görülüb. Azərbaycan həmin prosedurlar üzrə Avropa və Mərkəzi Asiya ölkələrinin əksəriyyətini üstələyir. (Mənbə)

Dünya İqtisadi Forumunun 2022-2023-cü illərə dair illik hesabatında da Azərbaycan region ölkələri içərisində biznesin şaxələndirilməsi, xüsusilə də sənaye sektorunda rəqabətin artırılması üzrə qətiyyətli islahatlar aparan ölkə kimi xarakterizə olunur. Hesabatda Azərbaycan Dördüncü Sənaye İnqilabı Şəbəkəsi Mərkəzi yaratmaqla 20 ən yaxşı rəqabətli sənaye dövləti qrupunda yer alır.
Aİ-nin Biznes Mühiti Hesabatında Azərbaycanla bağlı bölümdə də ölkəmizdə rəqabət mühiti qənətbəxş hesab edilir, xüsusilə də Aİ ölkələrinin qabaqcıl meyarlarına əsaslanan biznes islahatlarının səmərəliliyi yüksək dəyərləndirilir
“Heritage Foundation” Azərbaycanı “Ticarət azadlığı”, “İnvestisiya azadlığı” və “Maliyyə azadlığı” indeksləri üzrə mövcud balını aşağı göstərməyə çalışsa da, əsl həqiqət dünyanın nüfuzlu və sanballı tədqiqat mərkəzlərinin verdiyi sub-indekslər üzrə dəyərləndirmələrində əks olunub.

Qlobal ticarət və iqtisadi azadlıq tədqiqatlarından olan “İnvestisiya Mühiti Bəyannaməsi”ndə Azərbaycanda investisiya mühitinin sektorlarda yaxşılaşmaqda davam etməsi, Azərbaycan hökumətinin xarici investisiyaları cəlb etmək üçün stimullaşdırıcı siyasət yürütməsi və iqtisadiyyatı şaxələndirmək üçün islahatlar həyata keçirməsinə diqqət yetirilir. 

Dünya Bankının “Qlobal Rəqabətlilik İndeksi 4.0” bölümündə isə Azərbaycan ticarət və investisiya azadlığına görə, ilk 50 ölkə sırasındadır.

DB-nin biznes sektoru və investisiya mühiti ilə bağlı hesabatında aparılan islahatlar təqdir olunur, rəqabət üçün yeni imkanların bölgüsündə biznesin daha aktiv rolunun təmin edildiyi vurğulanır. Eləcə də ABŞ Dövlət Departamentinin “2023 ilə dair İnvestisiya Mühiti Hesabatları”nda Azərbaycan hökumətinin fəal şəkildə birbaşa xarici investisiyalara açıq qapı siyasətinin yürüdülməsi təqdir olunur.

Beləliklə,

- ABŞ-nin “Heritage Foundation” təşkilatı tərəfindən tərtib edilən “İqtisadi Azadlıq İndeksi 2025” hesabatında Azərbaycanla bağlı əks etdirilən indekslər və yekun qiymətləndirmə rəyi həqiqəti əks etdirmir;

- Hesabat bir neçə şəxs tərəfindən ciddi araşdırma aparmadan, müxtəlif media orqanlarında dərc edilən və həqiqəti əks etdirməyən məlumatlar əsasında hazırlanıb;

- “Azadlıq qəzeti"nin isə ciddi iqtisadi-hüquqi tədqiqatlara söykənməyən bu hesabata istinad etməsi və Afrika ölkəsi olan Botsvana ilə müqayisə aparması həm qeyri-obyektivliyin, həm də qərəzli saxtakarlığın nümunəsi   sayıla bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Aprel 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri