Icma.az
close
up
RU
“Azadlıq qəzeti”nin qadın zorakılığı üzərində spekulyasiyası KONKRET

“Azadlıq qəzeti”nin qadın zorakılığı üzərində spekulyasiyası KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Azadlıq qəzeti” “Facebook” səhifəsi vəkil Zibeydə Sadıqovanın Azərbaycanda qadınların fiziki və məişət zorakılığına məruz qalması mövzusunda açıqladığı statistik məlumatlarla manipulyasiya edərək məsələni siyasiləşdirməyə çalışıb. 

KONKRET.az xəbər verir ki, faktyoxla Lab. “qəzetin” manipulyasiya etdiyi mövzuda araşdırma aparıb.

Əvvəla, Z.Sadıqovanın 2025-ci ilin fevarl-may ayları ərzində döyülən və qətlə yetirilən qadınlar barədə yaydığı məlumatlarda baş vermiş hadisələrin əksəriyyətinin həyat yoldaşları tərəfindən törədilən adi ailə-məişət zəminində baş verən cinayət hadisələri olduğunu görmək olar. Belə hallar isə nəinki siyasi, heç sosial-iqtisadi zəmində də deyil, sırf məişət və ailə problemləri konteksində baş verir.

Qadına qarşı şiddət, və qadın qətilləri hər bir ölkədə mövcuddur və səbəbləri təkcə iqtisadi-sosial vəziyyətlə bağlı deyil. Yüksək inkişaf etmiş ölkələrdə, sivil cəmiyyətlərdə də qadınlara qarşı zorakılıq halları müşahidə edilir və statistik ölçüləri Azərbaycanla müqayisədə daha böyük rəqəmləri əks etdirir.

ABŞ, Almaniya, Niderland, Fransa və digər inkişaf etmiş ölkələrdə qadınlara qarşı baş verən zorakılıq hallarının statistikasına nəzərə salsaq, mənzərənin necə acınacaqlı və təhlükəli həddə olduğunu görə bilərik.

Məlumat üçün bildirək ki, Avropada ildə orta hesabla 3500 qadın qətlə yetirilir. Avropa İttifaqı (Aİ) regionunun inkişaf etmiş dövlətlərindən olan Fransa, İtaliya və Niderlanda müvafiq olaraq üç, dörd və səkkiz gündən bir qadınlar qətlə yetirilir.

Bu foto-skrinlər Avropanın aparıcı media qurumlarının qadınlara qarşı zorakılıq əleyhinə keçirilən aksiyalardan yaydıqları xəbərlərdən götürülüb.

Fransa Avropada qadınlara qarşı zorakılıq halları və qətllərin ən geniş yayıldığı dövlətlərdən biridir. Bu ölkədə il ərzində təxminən 100 qadın məişət zəminində həlak olur Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ildə Fransada 96 qadın məişət problemlərinin qurbanı olub.

2025-ci ilin ilk saatlarını da fransızlar ağır qətl hadisəsi ilə qarşılayıblar. Yanvarın 1-də Nord departamentində 51 yaşlı qadının meyiti ağır döyülmüş, ciddi bədən xəsarətləri və zədələrdən tanınmaz hala düşmüş şəkildə tapılıb. actu.fr

Mayın 17-də Perignidə bir evin bağçasında yandırılaraq qətlə yerilmiş qadın cəsədinin vəziyyəti fransızlarda böyük şok yaratmışdı.

Ümumiyyətlə, 2025-ci ilin ötən beş ayı ərzində Fransada 2025-ci ilin əvvəlindən 59 qadının qəddarcasına  qətlə yetirilməsi rəsmi olaraq təsdiqlənib. Onların arasında 1, 11 yaşlı uşaqlar, 13, 15 yaşlı yeniyetmələr, 18 və 20 yaşlı gənclər, habelə 87 yaşlı qocalara qədər müxtəlif vəhşiliklərin qurbanı olanlar da var. noustoutes

Fransada məişət zorakılığı ilə bağlı qaynar xəttə 2024-cü ildə 100 mindən çox zəng daxil olub ki, bu da rekord göstəricidir.

Fransada gənc qız və orta yaşlı qadınlar ən iyrənc və qəddarlıq üsulları ilə qətlə yetirilməsi 2025-ci ildə daha da artıb. Martın 28-də Fransa məhkəməsi 31 yaşlı arvadını diri-diri yandıran kişini ömürlük həbs cəzasına məhkum etsə də, insanlar bu hadisənin yaratdığı dərin şoku unuda bilmirlər. lemonde

 Almaniyada da qadınlara qarşı zorakılığın artması qeydə alınmaqdadır. Federal Kriminal Polis İdarəsinin hesabatına əsasən il ərzində 360 qadının kişilər tərəfindən, çox vaxt partnyor zorakılığı və ya ayrılıq zamanı qısqanclıq zəminində öldürüldüyü aşkar edilir. Keçmiş daxili işlər naziri Nensi Faeser bildirib ki, Almaniyada demək olar ki, hər gün qadın qətli ilə rastlaşılırdw

Almaniyada demək olar ki, hər gün orta hesabla bir qadın öldürülür. aussiedlerbote

Gender Bərabərliyi İndeksi (Gender Equality Index) hesabatına əsasən, Almaniyanın zorakılıq sahəsi üzrə indeksi 34 baldır ki, bu da Aİ orta göstəricisindən yüksəkdir. Almaniyada qadınların 26 faizi 15 yaşından bəri hər hansı cinayətkar tərəfindən fiziki və/və ya cinsi zorakılığa məruz qalıb. Qadınların 70 faizi 15 yaşından etibarən fiziki və/və ya cinsi zorakılığın sağlamlıq zədələrini yaşayıb. eige.europa

İtaliyada da qətl hadisələri tez-tez təkrar olunmaqdadır. Apreldə 48 saat ərzində tapılan İlaria Sula və Sara Kampanella adlı iki qız tələbənin qətli bütün İtaliyanı sarsıdan hadisə kimi qeydə alınıb. Bu ölkədə təkcə apreldə eyni motivlə qadın qətllərinin sayı 11-ə çatıbtheguardian

May ayında 14 yaşlı yeniyetmə qızın və digər orta yaşlı şəxsin ağır zorakılıqla üzləşməsi və öldürülməsindən sonra İtaliyada qadın qətllərinin sayı 16-ya çatıb. ansa.it

Qeyd edək ki, İtaliyanın hüquq-mühafizə orqanlarının qeydə aldığı rəqəmlərə əsasən, ölkədə 2024-cü ildə 113 qadın qətli törədilib.

Aİ-də qadınların qəsdən öldürülməsi faktlarının artması onların təhlükəsizliyinə görünən daimi təhlükəni əks etdirir. Xüsusilə də qadınların 30 faizindən çoxu 15 yaşında zorakılığın ağır formaları ilə üzləşirlər. statista

Birləşmiş Millətlər Təşkilatının(BMT)  = Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin məlumatlarına və BMT Dünya Əhali Prospektləri hesabatına əsasən, hər il təqribən 51 min qadın zorakılıq və təcavüzün qurbanı olaraq öldürülür. Həmin statistik təhlillərə və eləcə də digər mənbələrə əsasən, dünya ölkələrində qadınların qəsdən öldürülməsi cinayətlərinin sayına görə Azərbaycan aşağı göstəriciyə malik ölkələrdəndir. Qadın qətllərinin sayına görə, post-sovet ölkələri sırasında Rusiya (2046), Özbəkistan (179), Qazaxıstan (145) və Belarus (87) daha çox qətliamların qeydə alındığı ölkələr kimi xarakterizə olunur. Amerikada bu rəqəm 4359, Braziliyada 3887, Kanadada 205, Almaniyada 374, Fransada 248, Böyük Britaniyada 214, Polşada 122, İtaliyada 118, İspaniyada 111 təşkil edir. Avropa ölkələrinin digərlərində də orta say 60-80 qətl hadisəsi arasındadır. Azərbaycanda həmin say təxminən 65 olmaqla aşağı göstəriciləri olan ölkələrdən biri hesab edilir. (Xəritədə Azərbaycanın göstəriciləri çox aşağı olduğu digər ölkələrdəki kimi açıq rənglə verilib-red.)  ourworldindata

BMT-nin hesabatına görə, hər 10 dəqiqədə bir qadın və ya qız intim partnyoru və ya ailə üzvü tərəfindən öldürülür. Qadın qətlləri ilə bağlı son hesabat göstərir ki, bütün qadın qətllərinin 60 faizi intim partnyor və ya ailə üzvü tərəfindən törədilir. unwomen

ABŞ-nin adı da gender əsaslı zorakılığın ölümcül “epidemiyasına yoluxmuş” ölkələr kimi xüsusi hallanmaqdadır. Amerikada ildə minlərlə insanın ölümünə səbəb olan ağır zorakılıq halları normal həyat vərdişinə çevrilib.

BMT-nin hesabatına əsasən, ABŞ-də hər 10 dəqiqədən bir qadın öz partnyoru və ya ailə üzvü tərəfindən qətlə yetirilir.

Ümumiyyətlə, ABŞ də daxil olmaqla, Amerika qitəsi dünyada qadın öldürmə nisbətinə görə ikinci yerdə dayanır. Hər 100.000 qadına 1,6 min qadın qətli düşür. Ölümlərin böyük əksəriyyəti odlu silahla törədilir. msmagazine

Yekun olaraq,

bu məqaləni hazırlamaqda məqsədimiz heç də dünyada baş verən dəhşətli cinayətlərdən biri sayılan qadınlara qarşı zorakılıq faktlarına görə Azərbaycanın malik olduğu aşağı statistik göstəricilərini qabartmaq deyil. İstər bir fakt olsun, istərsə də orta göstərici sayılan 65, qadın anadır, qadın dünyaya şəxsiyyətlər gətirən ali varlıqdır.

Biz, “Azadlıq qəzeti”nin (Əli Kərimlinin) dünyanın qlobal problemi sayılan qadınlara qarşı zorakılıq faktlarını Azərbaycanın timsalında hansısa formada qabartmaq, siyasi spekulyasiya aləti kimi istifadə etmək cəhdini oxucuların diqqətinə çatdırmaq istədik.

“Azadlıq qəzeti” Azərbaycanda qadınların fiziki və məişət zorakılığı mövzusu üzərində manipulyasiya edərək məsələni siyasiləşdirməyə çalışır və bununla öz niyyətini biruzə vermiş olur.

Bu baxımdan “Azadlıq” qəzetinin vəkil Zibeydə Sadıqovaya istinadən qadın ölümləri barədə təqdim etdiyi material qərəzli, məqsədli gözdənsalma və nüfuzuna xələl gətirmə düşüncəsi ilə xüsusi hazırlanmış təxribatçı məlumat hesab edilə bilər.

AXCP sədrinin rəhbəri olduğu qəzetdə “Qadınlar üçün ən təhlükəli ölkə-Azərbaycan” başlığı ilə yayılan məlumatla tanış olanda xatirimizə 2019-cu ilin oktyabrında yaşanan bir hadisə düşdü. Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun atasının onlara göstərdiyi şiddətlə bağlı “facebook”da açıqladığı faktları nəzərdə tuturuq. O vaxt Azərbaycan ictimaiyyətinə məlum oldu ki, Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı evdə arvadına və qızlarına qarşı zorakılıq edir, stəkanla qızının ayağını sındırır, digərini söyüb-təhqir edir, Əli Kərimli isə bu işin üstünü örtüb-basdırırmış.

Fuad Qəhrəmanlının həyat yoldaşı, özü də AXCP fəalı olan Zümrüd Yağmura hər dəfə “Bütün kişilər arvadlarını döyür”, “Bu yaşdan sonra boşanıb, nə edəcəksən?!”, “Dözmək lazımdır, yoxsa partiyanın adına ləkə gələr” kimi fikirlərlə təzyiq edərək, faktiki ailədaxili zorakılığın gizli qalmasına, davam etməsinə rəvac verirmiş. Partiyanın xətrinə bir qadının və iki zavallı qızcığazın həyatının məhv olması, aldıqları cismanı və ən pisi, psixoloji zədələr isə Kərimlinin vecinə də deyilmiş.

Taleyin ironiyasından, Azərbaycanda bu məlumat yayılan günün səhərisi Madriddə minlərlə insan “Ailədaxili zorakılığa son!” tələbilə küçəyə çıxmışdılar. Bu, onu göstərir ki, müasir dünyada qadın hüquqları və ailədaxili aqressiya nə qədər önəmli məsələdir. Qərb ölkələrinin bu məsələdə hətta pozitiv disrkiminasiyaya (bərabər hüquqları bilərəkdən qadınların xeyrinə pozmağa) getdikləri halda, Azərbaycanda döyülən qadına “Döz, bu yaşda boşanıb, nə edəcəksən, partiyanın adına ləkə gətirərsən” şəklində təzyiq göstərən bir şəxsin partiya sədri kimi qalması bir yana, rəhbərlik etdiyi qəzetdə məhz bu cür saxta məlumat yayması riyakarlığın misilsiz numunəsidir.

Həmin dövrdə Sanay Yağmurun feysbukda yazdığı status və şərhlərlə mövzunu hələlik qapadırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 İyun 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see436

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see197

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see123

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see115

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see114

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see113

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see112

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see112

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see112

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see111

Özbəkistan Mərkəzi Bankı dünyada ən çox qızıl satan ölkə olaraq qalır

04 İyun 2025 08:40see110

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110

Orban Ukraynanın Aİ üzvlüyünə etiraz etdi

04 İyun 2025 08:26see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri