Icma.az
close
up
RU
“Azadlıq” radiosu daha bir ay fəaliyyət göstərə biləcəkmi?

“Azadlıq” radiosu daha bir ay fəaliyyət göstərə biləcəkmi?

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Budapeşt, 1 may, AZƏRTAC

Bir vaxtlar “hər şeyə qadir olan”, uzun onilliklər ərzində Azərbaycanı pisləyən “Azadlıq” radiosu hazırda tarixində ən çətin dövrlərini yaşayır. Genişmiqyaslı ixtisarlardan “sağ qalan” əməkdaşlar hər gün maaşlarını alıb-almayacaqlarını və ümumiyyətlə, yaxın gələcəkdə onların taleyi necə olacağı barədə düşünürlər. Sabahla bağlı bu qeyri-müəyyənlik daxili iş intizamına da təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bir gün əvvəl ABŞ-ın Federal Məhkəməsi Prezident Donald Trampın administrasiyası radiostansiyanın aprel ayı üçün xərclərinin ödənilməsi üçün vəsait ayrılmasına göstəriş verən ilkin qərar qəbul edib. Bundan əvvəl ABŞ Prezidenti Donald Trampın administrasiyası bu media şirkətinin maliyyələşdirilməsini tamamilə dayandırmaq niyyətində olduğunu bəyan edib.

“Azadlıq” radiosunun baş qərargahının yerləşdiyi Çexiyanın hazırkı hökumətindəki siyasətçilər Amerika maliyyəsinin gələcəkdə çatışmazlığı fonunda radiostansiyanın fəaliyyətini davam etdirməklə bağlı səy göstərirlər. Bu başa düşüləndir, çünki əməkdaşlar bu ölkədə yaşayır, pullarını burada xərcləyir, mənzil kirayələyir, alış-veriş edir və bütün bunlardan Çexiya xəzinəsi daha da zənginləşir.

Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen də radiostansiyanı dəstəklədiyini bildirib.

Öz internet səhifəsində Azad Avropa/Azadlıq Radiosu özünü guya “özəl, müstəqil və beynəlxalq xəbər orqanı” kimi təqdim edir, onun proqramları Rusiya, Ukrayna, İran, Əfqanıstan və Pakistan da daxil olmaqla, “23 ölkədə təxminən 50 milyon insan” tərəfindən hər həftə dinlənilir və baxılır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 08:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see408

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see291

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see283

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see278

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see273

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see272

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see269

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see267

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see265

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see264

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see249

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see245

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see241

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see241

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see241

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see241

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see240

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see239

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see238

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri