Sosial şəbəkədə canlı açaraq qəzaya düşənlərə DYP dən ÇAĞIRIŞ VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə bloqerin avtomobili hərəkətdə olarkən rəqs etməsi və diqqətini yoldan yayındıraraq təhlükəli hərəkətlərə yol verməsi müzakirələrə səbəb olub. Görüntülər sürücülərin sükan arxasında məsuliyyətli davranmasının vacibliyini bir daha gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, görüntülərdə bloqerin avtomobili idarə edərkən rəqs etdiyi, vaxtaşırı bir əlini sükandan çəkdiyi və onu telefonla çəkən şəxsin kamerasına dəfələrlə baxdığı görünür.
Məsələ ilə bağlı Avtosfer.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, “sükan arxasında diqqəti yoldan yayındıran hərəkətlərə yol vermək kobud məsuliyyətsizlikdir. Bir neçə saniyəlik diqqətsizlik ağır yol-nəqliyyat hadisəsinə və insan itkisinə səbəb ola bilər. Heç kimin sosial şəbəkədə baxış toplamaq naminə insanların həyatını təhlükəyə atmağa haqqı yoxdur.
Bu kimi halların qarşısının alınması üçün yol polisi tərəfindən mütəmadi olaraq nəzarət profilaktik tədbirlər həyata keçirilir. Hər kəs bilməlidir ki, yol hərəkəti qaydalarını pozan heç bir şəxs qanun qarşısında məsuliyyətdən kənarda qala bilməz. Bundan sonra da yollarda insanların həyatını təhlükəyə atan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.
Bir daha bütün sürücüləri sükan arxasında məsuliyyətli davranmağa, diqqətlərini yola cəmləməyə və yol hərəkəti qaydalarına qeyd-şərtsiz riayət etməyə çağırırıq.”
Eltac
bax.tvhttps://bax.tv/avto-moto-xeberler/sosial-sebekede-canli-acaraq-qezaya-dusenlere-dyp-den-cagiris-229119
Baxış sayı:110
Bu xəbər 23 Noyabr 2026 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















