“Azadlıq Radiosu”nun Macarıstan xidməti fəaliyyətini dayandırıb
Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azad Avropa/Azadlıq Radiosu”nun Macarıstan xidməti olan “Szabad Europa”nın fəaliyyəti dayandırılıb. Bu barədə qərarı ABŞ Qlobal Media Agentliyi verib.
Reyting.az xatırladır ki, “Szabad Europa” əvvəlki illərdə Macarıstanın baş naziri Viktor Orbana qarşı həddindən artıq tənqidi mövqe tutmaqda ittiham olunurdu.
Məlumata görə, “Szabad Europa”nın fəaliyyəti 21 noyabr 2025-ci ildə tam olaraq dayandırılacaq.
Nəşr bağlanmanın səbəblərini açıqlamayıb.
Qeyd edək ki, noyabrın əvvəlində “Azad Avropa/Azadlıq Radiosu”na nəzarət edən ABŞ Qlobal Media Agentliyinin rəhbəri Keri Leyk “Szabad Europa”nı Macarıstanda “sabitliyi pozmaq məqsədi güddüyü” iddiası ilə tənqid etmişdi.
ELÇİN
Bu mövzuda digər xəbərlər:Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb
16 Mart 2025 04:02
“Azadlıq Radiosu”nun efir yayımı dayandırılıb
13 İyun 2025 12:59
Azadlıq Radiosu nun maliyyələşdirilməsi qismən bərpa edildi
25 Mart 2025 16:21
ABŞ məhkəməsi “Azadlıq Radiosu”nun bağlanmasının qarşısını aldı
28 Mart 2025 13:47
Baxış sayı:58
Bu xəbər 21 Noyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















