“Azadlıqdan məhrum edilmə hallarında jurnalist olması amilinin qabardılması doğru deyil” HÜQUQŞÜNAS
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) illik hesabatına görə, 2025-ci ilin sonunda dünyada həbsdə olan jurnalistlərin sayı 330-a çatıb və bu göstərici beşinci ildir ki, 300 həddini aşır.
Hesabatda Azərbaycan 24 jurnalistin həbsdə saxlanıldığı ölkələr sırasında yer alır və ölkə 2018-ci ildən sonra ilk dəfə jurnalistləri ən çox həbs edən ölkələrin ilk onluğuna daxil olub.
Hesabatda o da qeyd olunub ki, Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə Eritreya ilə eyni sırada göstərilir.
Mövzu ilə bağlı hüquq müdafiəçisi Xəyal Bəşirov Gununsesi.info-ya danışıb.
O qeyd edib ki, zaman-zaman Beynəlxalq Təşkilatların illik hesabatlarının, o cümlədən Azərbaycanın münasibətdə olan hesabatlarının şahidi oluruq:
“Bir çox hallarda bu hesabatlarda o qədər də ədalətli yanaşmanı görmürük.
Ümumiyyətlə, hamı qanun qarşısında bərabərdir. Dövlət başçılarından tutmuş sıravi insanlara qədər. Kiminsə hansısa peşəyə, ixtisasa, statusa və ya siyasi mövqeyə sahib olması onun cinayət məsuliyyətini istisna etmir. Əgər şəxs jurnalistdirsə, hüquqşünasdırsa, həkimdirsə, mühəndisdirsə və ya digər sahənin nümayəndəsidirsə, o da cinayət törədə bilər və törədibsə, qanun qarşısında məsuliyyət daşıyır. Jurnalist kimi fəaliyyət göstərmək hər hansı şəxsə toxunulmazlıq və hüquqi üstünlük qazandırmır.
Bəli, jurnalist yalnız jurnalistlik fəaliyyətinə görə məsuliyyətə cəlb edilə bilməz, amma bu heç də o demək deyil ki, insanlar hamısı fokuslanmalıdır ki, jurnalistdirsə, deməli, həbs oluna bilməz. Bu yanlış yanaşmadır.
Jurnalistlik və ya digər peşə fəaliyyətinə görə məsuliyyətə cəlb etmək qanunla qadağandır. Lakin əgər kimsə jurnalistdirsə və cinayət törədibsə, məsuliyyətə cəlb edilə bilər. Həbs və azadlıqdan məhrum edilmə hallarında birmənalı şəkildə jurnalist olması amilinin qabardılması doğru deyil. Bu, özlüyündə qərəzli yanaşmadır”.
O, qeyd edib ki, spesifik olaraq, Jurnalistləri Müdafiə Komitəsi kimi təşkilatlar, digər beynəlxalq təşkilatlar — Human Rights Watch, Amnesty International, Reporters Without Borders və s. — həmişə ajitasiya yaratmaq və rezonans doğurmaq məqsədilə belə məlumatları qabardır:
“Məqsəd diqqəti öz hesabatlarına yönəltməkdir. Təbii ki, onların fəaliyyəti belə qabardılaraq görünür. Dünyada təxminən 330 jurnalistin həbsdə olması, onların 24-nün Azərbaycanda olması faktı, təşkilatların mövcudluğunu və fəaliyyətini də vurğulamağa xidmət edir.
Mən düşünürəm ki, həbsdə olan jurnalistlərin konkret olaraq hansı cinayətlərə və hansı qanun pozuntularına görə məsuliyyətə cəlb edildiyi ətraflı araşdırılmalıdır. Əgər onların jurnalistik fəaliyyətinə görə həbs edildiyi ilə bağlı şübhələr varsa və ya konkret dəlilləri mövcuddursa, bu məsələ araşdırılmalı və yekun qənaətə gəldikdən sonra açıqlanmalıdır.
Sadəcə statistik rəqəmləri götürüb “Azərbaycanda 24 jurnalist məsuliyyətə cəlb edilib” demək və birmənalı şəkildə bunu jurnalistlik fəaliyyətlərinə bağlamaq qərəzli yanaşmadır. Ən azı belə demək daha doğru olardı: 24 jurnalist azadlıqdan məhrum edilib, onların neçəsi jurnalistlik fəaliyyətinə görə, neçəsi digər səbəblərə görə məsuliyyətə cəlb edilib, bu fərqli rəqəmlərlə göstərilə bilər.
Birmənalı şəkildə “24 jurnalistin hamısı jurnalistlik fəaliyyətinə görə məsuliyyətə cəlb edilib” demək, təşkilatın qərəzli və ədalətsiz yanaşmasının göstəricisidir və dezinformasiyanı sübut edən amildir”.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 23 Yanvar 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















