Icma.az
close
up
RU
AZAL 2030 cu ilədək 30 yeni təyyarə alacaq

AZAL 2030 cu ilədək 30 yeni təyyarə alacaq

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2030-cu ilə qədər donanmasını yeniləmək məqsədilə 30 yeni təyyarə alacağını planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bunu Bakı–Mersin aviareysinin açılışı münasibətilə keçirilən tədbirdə AZAL-ın mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov bildirib.

Onun sözlərinə görə, aviaşirkət donanmasının unifikasiyası çərçivəsində gələcəkdə yalnız iki tip hava gəmisindən istifadə edəcək: dar gövdəli “Airbus A320 Neo” ailəsi və geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarələri: “Bu strategiya donanmanın orta yaşını 5–6 ilə endirməyə imkan verəcək ki, bu da beynəlxalq standartlara əsasən yüksək göstərici hesab olunur. Artıq yeni təyyarələrin alınması üzrə müqavilələr imzalanıb. 2025–2026-cı illərdə AZAL parkına bir ədəd “Boeing 787” və səkkiz ədəd “Airbus A320 Neo” tipli təyyarənin daxil edilməsi nəzərdə tutulur. Hazırda AZAL-ın aviaparkı müxtəlif modifikasiyalı 25 hava gəmisindən ibarətdir və onların orta istismar yaşı 11 ildir. Artan sərnişin tələbatını qarşılayacaq çevikliyə nail olmaq məqsədilə aviaşirkət müvəqqəti olaraq əlavə üç “Airbus A320” təyyarəsi icarəyə götürüb”.

F. Hüseynov AZAL-ın son illərdə dayanıqlı inkişaf, ekoloji məsuliyyət və sosial təşəbbüslər sahəsində də mühüm addımlar atdığını qeyd edib.

“Şirkət karbon emissiyalarının azaldılması, yaşıl enerji istifadəsi və beynəlxalq dayanıqlılıq standartlarına uyğunlaşma istiqamətində ciddi irəliləyişlər əldə edib. Heydər Əliyev Beynəlxalq Hava Limanı isə bu sahədə beynəlxalq səviyyədə tanınma qazanır”, – deyə o bildirib.

2024-cü ildə hava limanı Hava Limanı Karbon Akkreditasiyası (Airport Carbon Accreditation – ACA) Proqramı çərçivəsində Səviyyə 2 (Azaltma) Sertifikatına layiq görülüb. Bu, karbon emissiyalarının sistemli şəkildə azaldılması istiqamətində atılan addımların nəticəsidir.

F.Hüseynovun sözlərinə görə, 2030-cu ilə qədər Heydər Əliyev Beynəlxalq Hava Limanı “sıfır emissiya” hədəfinə çatmağı planlaşdırır. Bu məqsədlə bərpa olunan enerji sahəsində investisiyalar artırılır – hava limanı ərazisində günəş panelləri quraşdırılıb və enerjiyə qənaət proqramları tətbiq olunur.

Ötən il ərzində həyata keçirilən tədbirlər nəticəsində karbon emissiyaları 8% azaldılıb, sistemlərin modernləşdirilməsi sayəsində isə 260 min kVt/saat həcmində elektrik enerjisinə qənaət edilib.(“Report”)

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:531
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 İyul 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri