AZAL ın qəzaya uğrayan təyyarəsinin istintaqı yekunlaşdı Rusiya baş prokuroru
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin istintaqı başa çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın baş prokuror Aleksandr Bastrıkin beynəlxalq konfransda məlumat verib.
Rusiya İstintaq Komitəsinin sədri A.Bastrıkin təyyarə qəzasının araşdırılmasına Azərbaycan, Rusiya və Qazaxıstanın təcrübəli mütəxəssislərinin cəlb olunduğunu bildirib: “Hazırda istintaq tam yekunlaşıb və nəticələr yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau istiqamətinə yön alıb. Az sonra təyyarə şəhərin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişinlə ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Bu mövzuda digər xəbərlər:AZAL ın qəzaya uğrayan təyyarəsinin yeni FOTOLARI
04 Fevral 2025 20:23
Rusiya AZAL ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı uzadır, Azərbaycanın müraciətlərinə cavab vermir
06 May 2025 13:08
AZAL ın qəzaya uğrayan təyyarəsinə görə təzminat ödənilib Rusiya XİN
04 Sentyabr 2025 21:54
Qəzaya uğrayan AZAL təyyarəsinin uçuş heyəti sağ qalmayıb
25 Dekabr 2024 13:35
Baxış sayı:78
Bu xəbər 17 Noyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















