Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Liqa 1: Marsel darmadağına sevindi

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

AZAL ın təyyarə qəzasının 5 ayı: Rusiya hələ də susur

AZAL ın təyyarə qəzasının 5 ayı: Rusiya hələ də susur

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pərvanə SULTANOVA
[email protected]

Bakı-Qroznı reysini həyata keçirməli olan AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğramasından beş aya yaxın vaxt keçməsinə baxmayaraq, Rusiya tərəfi özünün məsuliyyətini dərk edib, üzərinə düşən öhdəlikləri icra etməkdən yayınır. Rusiyanın hadisə ilə bağlı aparılan istintaq haqqında konkret heç bir məlumat açıqlamaması, qəsdən bürokratik əngəllərlə istintaqın aparılmasını əngəlləməsi onu göstərir ki, qarşı tərəf bu məsələdə obyektiv, şəffaf mövqe tutmaq niyyətində deyil. Bu cür yanaşma təbii ki, ikitərəfli əlaqələrin ruhuna və prinsiplərinə, qonşuluq münasibətlərinin xarakterinə uyğun deyil. Xüsusilə onu qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya rəsmən müttəfiq dövlətlərdir. Müttəfiq dövlətin qeyri-müttəfiq, qeyri-dost münasibəti əlbəttə ki, əlaqələrə ziyan vurur, etimadı sarsıdır.

Məlumat üçün bildirək ki, 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan təyyarə raketlə vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzaya uğramış təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, onlardan 29 nəfər sağ qalıb. Belə bir faciəli hadisədə 29 nəfərin sağ qalması məhz ekipaj üzvlərinin qəhrəmanlığı sayəsində mümkün olub. Hadisə baş verdikdən və görüntülər yayıldıqdan sonra bütün dünyada ən təcrübəli pilotlar belə azərbaycanlı pilotların peşəkarlığına, cəsurluğuna heyrətlərini gizlədə bilməmişdilər. Onlar təyyarəni suya deyil, məhz yerə endirməklə həm 29 nəfərin həyatını xilas etdilər, həm də sübutları silinməyə imkan vermədilər.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj üzvlərindən iki pilot və bir təyyarə bələdçisi Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra), iki təyyarə bələdçisi isə "Rəşadət" ordeni ilə təltif olunublar.

Qazaxıstan tərəfinin qəza ilə bağlı açıqladığı ilkin hesabatda qeyd olunur ki, təyyarə Qroznı şəhəri yaxınlığında yerdən açılmış atəş nəticəsində zədələndiyinə görə idarəetmədən çıxıb və qəzaya düşüb.

İlkin hesabatda deyilir: "25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə ("AZAL") məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramışdır. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olmuşdur. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və 29 nəfərin həyatını xilas etmək mümkün olmuşdur".

Məlumdur ki, qəza baş verəndən dərhal sonra Rusiya tərəfi doğru olmayan informasiyalar tirajlayaraq məsuliyyətdən yayınmağa çalışırdı. Məsələn, təyyarənin guya quş dəstəsi ilə toqquşması, salonda oksigen balonunun partlaması, yaxud pilotların təyyarəni digər hava məkanında endirməməsi və s. Amma bunların heç biri öz təsdiqini tapmadı, çünki doğru olmayan məlumatlar idi.

Qazaxıstan tərəfinin qəza ilə bağlı ilkin hesabatında vurğulandığı kimi, AZAL-a məxsus Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR (Uçuş məlumatlarının qeydə alınması) vasitəsilə öz təsdiqini tapıb. Təyyarənin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıb. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib. Təyyarə hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.

Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub, foto, habelə video qeydiyyata alınıb. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.

05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispetçer "Kover" əməliyyatı barədə Qroznıya məlumat verir. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb.

Faktlar bütün detallara aydınlıq gətirir, amma Rusiya tərəfi hadisə ilə bağlı istintaq qrupu yaratdığını bildirsə də, istintaqın nəticəsi barədə heç bir məlumat yoxdur. Baxmayaraq ki, Azərbaycan hər ay bu məsələ ilə bağlı Rusiyaya müraciət edir. Qarşı tərəf isə müxtəlif bəhanələrlə istintaqı uzadır, müraciətlərə cavab vermir.

Onu da vurğulayaq ki, Moskva Malayziya "Boinq"i ilə bağlı da eyni taktikadan istifadə etmişdi.  2014-cü ildə Ukraynanın  Donetsk vilayətində "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsinin vurulması nəticəsində  298 nəfər ölüb. Təyyarə Ukraynanın şərqindəki antiterror əməliyyatı zonasında raketlə vurulub. Xarici medianın yazdığına görə, təyyarə Rusiya Silahlı Qüvvələrinin 53-cü Zenit raket briqasından atılan raket nəticəsində qəzaya uğrayıb. Ölənlər arasında Niderland, Avstraliya, Malayziya, İndoneziya, Britaniya, Almaniya, Belçika, Filippin və Kanada vətəndaşları olub.

Moskva eyni taktikanı istifadə edərək, bürokratik məhdudiyyətlər və bəhanələrlə məsələni uzadaraq unudulmasına cəhd göstərir. Amma Azərbaycan heç nəyi unutmayıb, Rusiya tərəfindən cavab gözləyir. Ölkəmizin prokurorluq orqanları hər ay bununla bağlı rusiyalı həmkarları ilə əlaqə saxlasa da, heç bir nəticə yoxdur

Azərbaycan dövləti və xalqı haqlı olaraq günahkarların cəzalandırılmasını tələb edir. Bunun üçün isə əlavə sübuta ehtiyac yoxdur, çünki hər şey sübut olunub. Şübhəsiz ki, əmr verənlər də, atəş açanlar da Rusiya tərəfinə yaxşı bəllidir.

Mövzu ilə bağlı "525"ə açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, Bakı-Qroznı reysini həyata keçirməli olan AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğramasından artıq altı aya yaxın vaxt keçməsinə baxmayaraq, bir sıra suallar qalmaqdadır. Hətta ibtidai istintaqın nəticələri də dərc olunub. Həmin nəticələrdən aydın şəkildə görünürdü ki, təyyarəyə kənar müdaxilə edilib.

Politoloq xatırladıb ki, hətta qəlpələr, raketin hansı modeldə olması, harada yerləşməsi, hansı vaxt aralığında təyyarəyə zərbə endirilməsi, hadisə şahidlərinin ifadələri, təyyarənin qalıqları üzərindəki izlər və bir sıra digər mühüm faktoloji baza dərc edilib. Bütün bunlar açıq mənbələrdə də var: "Buna görə biz qazaxıstanlı qardaşlarımıza təşəkkür edirik ki, onlar məsələyə obyektiv, şəffaf şəkildə baxılmasında iştirak ediblər. İstintaq orqanları işə cəlb olunub. Lakin hadisənin günahkarları hələ də cəzalandırılmayıb və məsuliyyətə cəlb olunmayıblar. Bu, bir tərəfdən təəssüf doğuran məsələdir, digər tərəfdən isə Rusiya ilə Azərbaycan arasında münasibətlərə də zərbə vurur. Hətta biz təyyarə qəzasından sonra Rusiya tərəfindən ölkəmizə qarşı hücumların təşkil olunduğunu da gördük. Rusiya parlamentinin bəzi deputatları Azərbaycan əleyhinə fikirlər səsləndirdilər, kiberhücumlar təşkil edildi, bununla bağlı yaxın günlərdə rəsmi məlumatlar açıqlanıb. Ən son hadisə isə Azərbaycan parlamentinin deputatı Azər Badamovun Moskvadan Həştərxana gedən reysdə hava limanında saxlanılması, uçuşuna icazə verilməməsi və deport edilməsi ilə bağlıdır. Əlbəttə ki, bütün bunlar münasibətlərə böyük zərbə vurur".

İ.Hüseynov xatırladıb ki, bu cür addımlar 2022-ci il 22 fevral tarixində imzalanmış "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannaməyə, onun ruhuna və prinsiplərinə ziddir: "Hesab edirəm ki, Moskva məsələni gərginləşdirməyə çalışmamalı, dinc yolla, danışıqlarla bütün məsələləri sivil qaydada, mehriban qonşuluq siyasəti çərçivəsində həll etməyə çalışmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://525.az
archiveBu xəbər 08 May 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see131

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see129

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri