AZAL ın təyyarəsinin yer səthi ilə toqquşana qədər hidravlik sistemlərinin zədələndiyi sübut edilib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astana, 4 fevral, AZƏRTAC
“Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatında yer səthi ilə toqquşana qədər 1, 2 və 3-cü hidravlik sistemlərinin zədələndiyini sübut edən şəkil və qrafik təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatında qeyd olunub.
“Müəyyən edilmiş bu zədələr hidravlik mayesinin və təzyiqinin itkisi ilə nəticələnib”, - deyə hesabatda qeyd edilib.
Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 04 Fevral 2025 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















