“Green Card“ lotereyasının qaliblərinin sayına görə lider ölkələr müəyyən edilib
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Rusiya və Ukrayna vətəndaşları ABŞ-də yaşayış icazəsi əldə etmək üçün keçirilən illik lotereyada ("Green Card") yenidən ən uğurlu iştirakçılar arasında yer alıblar.
Moderator.az bildirir ki, bu barədə "RIA Novosti" agentliyi rəsmi statistikaya istinadən məlumat verib.
Hər iki ölkə qaliblərin sayına görə dünya üzrə ilk üçlükdə qərarlaşıb. 2026-cı maliyyə ili üzrə (ABŞ-də 1 oktyabr 2025 - 30 sentyabr 2026-cı il - red.) məlumatlara əsasən, 5 510 Rusiya, 5 283 Ukrayna vətəndaşı immiqrasiya vizası üçün müraciət etmək hüququ qazanıb.
Qaliblərin sayına görə mütləq lider Misir olub - 5 527 nəfər. Rusiya dünya reytinqində ikinci, Ukrayna isə üçüncü yeri tutub.
Regional bölgüyə görə Afrika qitəsi üstünlük təşkil edir: qlobal lotereyada qalib gələn müraciətlərin demək olar ki, yarısı Afrika ölkələrinin payına düşür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 21 Dekabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















