Icma.az
close
up
RU
AZAL rəhbərliyi şirkətdən nə qədər qazanır? Əlavə ödənişlər,mükafatlar….. Yeni Gündəm

AZAL rəhbərliyi şirkətdən nə qədər qazanır? Əlavə ödənişlər,mükafatlar….. Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumat verir.

“Azərbaycan Hava Yolları” QSC rəhbərliyinin 2023-cü il üzrə qazancı məlum olub.


“Yeni Gundem”-in məlumatına görə,  QSC-nin 2023-cü ildə əsas rəhbər heyətinə 453 min manat əmək haqqı ödənilib. Bu isə 2022-ci ilə nisbətən 2,7% və ya 12 min manat çox olub. Belə ki, 2022-ci ildə AZAL rəhbərliyinə ödənişlər 441 min manat təşkil edib.

Bu isə AZAL-ın işçi heyətinə ödənilən əməkhaqlarının 0,3%-i deməkdir. Belə ki, 2023-cü ildə AZAL işçilərinə ümumilikdə 171,6 milyon manat ödəniş edib.

Qeyd edək ki, dövlət şirkəti rəsmi səhifəsində idarə heyəti ilə bağlı məlumatları açıqlamayıb. Bununla belə, Nazirlər Kabinetinin “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” imzaladığı qərardan məlum olur ki, 2023-cü ildə şirkətin idarə heyəti prezident, 2 birinci vitse-prezident və 4 vitse-prezidentdən, yəni 7 nəfərdən ibarət olub. Bu isə o deməkdir ki, AZAL-ın rəhbərliyinin illik gəliri orta hesabla 64,4 min manat təşkil edib. 2022-ci il üzrə isə bu rəqəm 88,2 min manat təşkil edib.

Qeyd edək ki, AZAL-ın hazırkı prezidenti Samir Rzayev 2022-ci ilin fevral ayında vitse-prezident, 2022-ci ilin noyabr ayında isə birinci vitse-prezident təyin edilib. 2023-cü ilin sentyabr ayında Cahangir Əsgərov vəzifədən uzaqlaşdırıldıqdan sonra prezident vəzifəsini icra edib. 2024-cü ilin fevral ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən QSC-nin prezidenti təyin edilib.Valyuta.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 30 Yanvar 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri