Icma.az
close
up
RU
Fərhad Qaraşov: Bu il Azərbaycanda quraqlıq narın gec yetişməsinə səbəb olub

Fərhad Qaraşov: Bu il Azərbaycanda quraqlıq narın gec yetişməsinə səbəb olub

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Bu il Azərbaycanda quraqlığın uzun müddət davam etməsi, kritik dövrlərdə yağıntının olmaması nar məhsulunun bir qədər gec yetişməsinə səbəb olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu report-a açıqlamasında "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.

Onun sözlərinə görə, bu il Azərbaycanda bağlarda birinci çiçəkləmə erkən gəldiyi üçün hava şəraitindən asılı olaraq narlar kifayət qədər keyfiyyətli və iri ölçülü olub:

"Lakin quraqlığın uzun müddət davam etməsi, kritik dövrlərdə yağıntının olmaması məhsulun bir qədər gec yetişməsinə gətirib çıxarıb. Keyfiyyət göstəricilərinə gəlincə, ümumilikdə Azərbaycan narı yüksək keyfiyyətli sayılır və xüsusilə narçılığın inkişaf etdiyi regionlarda məhsullar bazarda rəqabətə davamlıdır. Lakin bu ilin iqlim amilləri bir qədər gec çiçəklənmə yaratsa da, məhsulun rəng, dad və saxlanma baxımından ciddi problemlər yaratmayıb. Ənənəvi olaraq narçılıq üzrə ən çox məhsul verən regionlar Mil-Muğan, Yuxarı Şirvanın aşağı yanları, Aran və Qarabağın bəzi dağlıq və aran hissələridir. Xüsusilə Göyçay, Kürdəmir, Ucar, Hacıqabul kimi rayonlarda narçılığın daha çox intensiv hal aldığını qeyd edə bilərik".

F.Qaraşov vurğulayıb ki, 2025-ci ilin 11 ayında 32 min 107,11 ton məhsul ixrac olunub: "Malın ümumi satış qiymətinə ekvivalent olaraq statistik dəyəri 31,365 ABŞ dolları olaraq qeydə alınıb. Sevindirici haldır ki, 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə dəyər olaraq 5 milyon 597 min ABŞ dolları, həcm olaraq isə 2 747 ton artım müşahidə olunub. Cari il nar məhsulu ümumilikdə rəng, dad və tərkib baxımından rəqabət qabiliyyətli hesab olunur və xarici bazarlarda artan tələbatla müşahidə edilir. Tələb olunan nar sortları kimi Qırmızı gülöyşə, Bala Mürsəl, Vələs bazarda yerli və xarici alıcılar tərəfindən yüksək qiymətləndirilir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 Dekabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri