Icma.az
close
up
RU
AZAL Rusiya şəhərlərinə uçuşları dayandıracaq? AÇIQLAMA

AZAL Rusiya şəhərlərinə uçuşları dayandıracaq? AÇIQLAMA

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski növbəti axşam müraciətində Rusiyanın hava məkanının mülki aviasiya üçün "tamamilə təhlükəli" hala gəldiyini bəyan edib.

Ukrayna lideri beynəlxalq aviaşirkətləri və sığorta qurumlarını Rusiya hava limanlarına, xüsusilə Moskva, Sankt-Peterburq və digər əsas şəhərlərə reyslər zamanı yarana biləcək risklər barədə xəbərdar edib.

"Ukrayna mülki aviasiyanı – bircə mülki təyyarəni belə təhdid etmir. Sadəcə, Rusiyanın səmasında dronlar olacaq, ona görə də bununla hesablaşmaq lazımdır. Rusiyanın başlatdığı müharibə onun səmasını bağlayır. Biz günahsız insanların həyatını itirməsini istəmirik... Dronlar arasında mülki aviasiyaya yer yoxdur", – deyə Zelenski vurğulayıb.

Xarici səfirləri və aviaşirkətləri bu xəbərdarlığı nəzərə almağa çağıran Prezident Ukrayna Xarici İşlər Nazirliyinə beynəlxalq təşkilatlara risklərlə bağlı tam məlumat təqdim etməyi tapşırıb.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" (AZAL) da daxil olmaqla bir sıra xarici aviaşirkətlər Rusiyanın müxtəlif şəhərlərinə müntəzəm aviareyslər icra edir. Hazırda AZAL Bakıdan (Heydər Əliyev Beynəlxalq Aeroportu) Rusiyanın Moskva (Domodedovo və Vnukovo), Sankt-Peterburq (Pulkovo), Yekaterinburq (Koltsovo), Kazan, Novosibirsk (Tolmaçevo), Həştərxan, Ufa, Samara, Mineralnıye Vodı, Soçi və Krasnoyarsk kimi iri şəhərlərinə uçuşlar həyata keçirir.

Bəs AZAL Zelenskinin xəbərdarlığı ilə bağlı Rusiya şəhərlərinə uçuş qrafikinə dəyişikliklər etməyi planlaşdırırmı?

Qurumun Mətbuat xidmətindən “AzPolitika”nın sorğusuna cavab olaraq bildirildi ki, hazırda aviareyslərin uçuş qrafikində dəyişiklik yoxdur. Zelenskinin bəyanatından xəbərdardırlar, amma hələlik yeni bir qərar yoxdur. Olarsa, media və ictimaiyyətə məlumat veriləcək.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Sentyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see363

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see312

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see309

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see298

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see279

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see279

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see270

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see263

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see258

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see257

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see250

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see241

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see239

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see237

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see230

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see229

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see226

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see221

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see220

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri