AZAL təyyarəsi ilə bağlı araşdırma davam etdirilir
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qazaxıstanın Nəqliyyat Nazirliyi 2024-cü ildə Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanı davam etdirir.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Nazirlik müvafiq prosedurlara riayət ediləcəyini, həmçinin araşdırmanın nəticələrinə əsasən nəticə və tövsiyələri əks etdirən hesabatın dərc ediləcəyini açıqlayıb:
“Hazırda “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli təyyarə ilə baş vermiş aviasiya hadisəsinin araşdırılması üzrə komissiya Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 13-cü əlavəsi ilə müəyyən edilmiş standartlar və tövsiyə olunan təcrübəyə uyğun olaraq öz işini davam etdirir. Araşdırma başa çatdıqdan sonra yekun hesabat Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin rəsmi saytında dərc olunacaq. Hesabatda aviasiya hadisəsinin müəyyən edilmiş səbəbləri, həmçinin komissiyanın nəticə və tövsiyələri öz əksini tapacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 01 May 2026 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















