Icma.az
close
up
RU
AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı anım tədbiri keçirilib

AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı anım tədbiri keçirilib

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

25 dekabr 2024-cü il tarixində Azərbaycan Hava Yollarının (AZAL) Bakı – Qroznı marşrutu üzrə planlaşdırılmış J2-8243 nömrəli sərnişin reysinin icrası zamanı baş vermiş faciənin ildönümü ilə əlaqədar dövlət qurumlarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Anım tədbiri çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZCON Holding-in icraçı direktoru Şahin Babayev, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev, eləcə də dövlət qurumlarının nümayəndələri həlak olmuş ekipaj heyətinin ailə üzvləri ilə birlikdə Bakı şəhərində yerləşən II Fəxri xiyabanı ziyarət ediblər. Mərasim iştirakçıları məzarlara gül dəstələri qoyub, dünyasını dəyişənlərin xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportunda da hadisə qurbanlarının xatirəsinə birdəqiqəlik sükut elan olunub.

Daha əvvəl, dekabrın 20-də anım tədbirləri çərçivəsində AZAL-ın rəhbərliyi və həlak olmuş ekipaj üzvlərinin yaxınları Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında baş vermiş qəza yerini də ziyarət ediblər. Bu səfər hadisə qurbanlarının xatirəsinin ehtiramla yad edilməsi və əbədiləşdirilməsi istiqamətində atılan növbəti addım olub.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı – Qroznı reysini yerinə yetirən AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.

Xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə həlak olmuş ekipaj üzvlərinə – Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Sağ qalan ekipaj üzvləri – Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli "Rəşadət" ordeni ilə təltif olunublar.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Dekabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri