Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

AZALın keçmiş prezidenti qəza haqda: Bunu gizlətmək olmazdı

AZALın keçmiş prezidenti qəza haqda: Bunu gizlətmək olmazdı

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Axar.az AZAL-ın keçmiş prezidenti, birinci dərəcəli təyyarəçi, texniki elmləri doktoru, iqtisad elmləri doktoru, nəqliyyat doktoru, professor Ədalət Əliyevin Globalinfo.az-a müsahibəsini təqdim edir:

- Ədalət bəy, pilotumuzun Qroznıdan olan dispetçerlə dialoqu yayılıb. Belə hallarda ekipaj və pilot öz ölkəsinin dispetçeri ilə əlaqə saxlaya bilirmi?

- Xeyr, bu, müəyyən vaxtdan sonra mümkün olmur. Çünki əlaqə yarada bilmək məsafədən asılıdır. Bakı-Qroznı arasında nəzarət zonası var. Burada hər ərazinin öz rabitə imkanları mövcuddur. Onlar o ərazini keçmədən Azərbaycanla əlaqə saxlaya bilərdilər. Görünür ki, radiodalğa tutmadığı üçün elə Çeçenistanla əlaqə saxlayıblar. Hansı zonada uçursansa, oranın da idarəetmə sistemi ilə əlaqə saxlamalı olursan.

- Dispetçerlə olan danışıqları tam şəkildə əldə etmək olurmu?

- Əlbəttə! Dispetçerlə hər bir əlaqə həm yerdə olan maqnitofona, həm də təyyarədə qeydə alınır. Amma belə məsələ də var ki, səs bir saatlıq yazılır, sonra silinir. Lakin “Qara qutu” açıldıqda o səs orada olur.

- Sizcə, niyə Mahaçqaladan Rusiyanın yaxın şəhərlərinə və ya Bakıya deyil, Aktauya uçmalı olublar?

- Çox güman ki, pilotu Aktauya istiqamətləndiriblər. Aktau yaxın olduğu üçün də ora gedib.

-Təyyarənin Rusiya HHM ilə vurulduğu bildirilir. Rusiyaya qayıtsa, təyyarənin vurulması gizlədilə bilərdimi?

- Görüntülərdə qəlpə izlərini göstərən şəxs mənim tələbəm İlham Əmirovdur. O, çox peşəkar adamdır. Ümumiyyətlə, təyyarə qəzalarının araşdırması üçün xüsusi mütəxəssislər cəlb olunur. Sıradan bir adam təyyarə qəzasını araşdıra bilməz və icazə verilmir. Ona görə də bu məsələ işinin peşəkarı olan AZAL-ın baş direktorunun müavini İlham Əmirova tapşırılıb. Təyyarəyə kənar müdaxiləni gizlətmək mümkün olmazdı.

- Təyyarə məhz dəyən qəlpəyə görə eniş edərkən partlayıb?

- Bilirsiniz, zədə nəticəsində hidromexanik idarəetmə sistemi pozulduğu üçün təyyarə pis idarə olunub. Nəticədə də belə alınıb.

-Təyyarə qəlpə zədəsi alması nəticəsində uzun müddət uçuşa davam edə bilərmi?

- Təyyarə 10 min metr hündürlükdə olan zaman böyük deşik əmələ gəlsə, 9 saniyə ərzində insan həlak olar. Deməli, orada deşiklər xırda olduğu üçün hava gec çıxıb. Təzyiq yavaş-yavaş aşağı düşdükcə isə sərnişinlər artıq özlərini pis hiss ediblər.

- Hidrovlika necə işləyir?

- Hidrovlika sistemi elə şeydir ki, onun da istifadə müddəti var. Məsələn, hansısa əşyanın istifadə müddəti bir saatlıqdırsa, sən onu iki saat işlətdikdə iş qabiliyyəti azalır, keyfiyyəti düşür. Bu sistem də elədir. Zaman keçdikcə qabiliyyətini itirir. Əgər hidrovlik sistemi zədələnibsə, ola bilər içində olan maye də axıb-gedib. Sırf buna görə də idarəetmə sistemi tamamilə pozulub. Sonda da Aktau şəhərində qəza baş verib.

- Ədalət bəy, əgər Aktau və ya yaxın məsafədə olan şəhərlərin hava limanına eniş etməyə icazə verilsə idi, yenə partlayış baş verərdi?

- Bu, uçuş müddətindən asılıdır. Aeroporta tez yetişsə idi, uğurla eniş edə bilərdi. Bizim təyyarəmiz Rusiyanın 5 şəhərinə eniş edə bilərdi. Hətta aeroportlar çox yaxın olub. Sadəcə, Rusiya bilərəkdən öz ölkəsinə eniş etməyə razı olmayıb. Əslində, zamanında şərait yaradıla bilərdi. Biliblər ki, eniş etdikdən sonra təyyarənin ruslar tərəfindən zədələndiyi üzə çıxacaq və bu, yaxşı nəticə verməyəcək. İzi itirmək üçün də Aktauya göndəriblər ki, dənizə düşsün, hadisənin izi-tozu itsin. Sağ qalmaq imkanı olsa da, vaxt olmayıb. Beynəlxalq Mülki Aviasiya təşkilatının qərarı ilə bu, böyük qayda pozuntusudur. Çünki çətin vəziyyətdə olan təyyarəyə hər kəs dəstək olmalıdır. Təəssüf ki, Rusiya ərazisində bizə yardım əli uzadan olmadı.

- Azərbaycan qəza ilə bağlı hansı addımları ata bilər?

- İranda Ukrayna təyyarəsi vurulanda Tehran Kiyevdən üzr istəmiş, yanlışlıqla vurduğunu bildirmişdi. Hətta bütün xərcləri də özü qarşıladı. Amma Rusiya bunu törətsə də, addım atmır. Onlar nəinki Azərbaycanın Prezidentindən, bütün xalqdan üzr istəməli və xərcləri öz üzərlərinə götürməli idilər. Çünki bəzi həlak olanlar tanınmaz haldadır, sənədləri də üzərlərində deyil. Bir adamın kimliyini müəyyən etmək, DNK analizi aparmaq ən azı 120 min dollara başa gəlir. İşin tədqiqat xərci çoxdur.

- Qəzada partlayan təyyarənin qiyməti nə qədərdir?

- Həmin təyyarənin konkret neçəyə alındığını deyə bilmərəm. Amma təxmini qiyməti 35 milyon dollar civarındadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Dekabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see516

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see385

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see379

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see370

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see348

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see347

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see301

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see283

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see256

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see247

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see245

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see237

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see233

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see229

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see222

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see215

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see197

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see194

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see180

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri