Azərbaycanla qürur duyuram Oljas Süleymenovdan təbrik məktubu
Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.
UNESKO-nun himayəsi altında Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin direktoru Oljas Süleymenov Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, təbrikdə qeyd olunur:
"Möhtərəm İlham Heydər oğlu.
Azərbaycan xalqının Sizin rəhbərliyinizlə ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirən və artıran, dünyada siyasi və mədəni proseslərin ən mühüm iştirakçılarından birinə çevirən şanlı Qələbəsinin 6-cı ildönümü tamam olur.
Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm, çünki bu diyar qazax torpağı kimi mənə doğmadır. Həmçinin Heydər Əliyevin xatirəsi mənim həyatımda və xalqlarımızın tarixində müstəsna yerə malikdir. Dahi lider 80 il ömür sürsə də, əsrlər boyu yaşayacaq irs və dəyərlər qoyub.
Mən hazırda həyatımı həsr etdiyim nailiyyətlərə yekun vurur və onları ümumiləşdirirəm. Bu il bizim gördüyümüz işlərin ən əsası Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyi idi. Bu əsas mövzu qədim vaxtlardan günümüzədək gəlib çatan və müasir dövrdə İlham Əliyev kimi türk dövlətləri liderlərinin xarakterlərində özünü göstərən türkçülüyün tarixi və mədəni dəyərləri ilə bağlıdır.
Rəhbərlik etdiyim Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzi bu əlamətdar tarixlə bağlı fürsətdən istifadə edərək Türk dünyasının görkəmli elm və mədəniyyət xadimlərinin iştirakı ilə böyük tədbirlər təşkil edir və layihələr həyata keçirir. Onların fəal iştirakı nailiyyətlərimizin beynəlxalq səviyyədə tanınmasına imkan verir.
Qoy, bu nailiyyətlər Azərbaycanın və bütün Türk dünyasının qələbələrinin layiqli davamına çevrilsin".
Mətləb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 07 Noyabr 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















