“Mançester Siti”dən gözlənilməz məğlubiyyət, “Arsenal” liderliyini möhkəmləndirdi
Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərə Premyer Liqasında X turun növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, noyabrın 7-də dörd qarşılaşma baş tutubX
Turun ən gözlənilməz nəticəsi “Nottingem Forest”in doğma meydanda “Mançester Siti”ni 3:1 hesabı ilə məğlub etməsi olub. Bu nəticə Mançester təmsilçisinin çempionluq mübarizəsində növbəti xal itkisi ilə üzləşməsinə səbəb olub.
Son çempion “Arsenal” isə “Hall Siti”ni minimal hesabla üstələyib. London klubuna qələbə qazandıran yeganə qolu 72-ci dəqiqədə komandanın kapitanı Martin Odeqard vurub. Mikel Artetanın rəhbərlik etdiyi kollektiv xallarının sayını 27-yə çatdıraraq liderliyini möhkəmləndirib. “Arsenal” ən yaxın izləyicisi “Mançester Siti”ni altı xal qabaqlayır.
Digər qarşılaşmada “Lids” öz meydanında “Tottenhem”ə 1:0 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin qələbə qoluna 79-cu dəqiqədə Noah Okafor imza atıb. Bununla da “Lids” Premyer Liqada beş oyunluq qələbəsizlik seriyasına son qoyub. “Tottenhem” isə turnir cədvəlində doqquzuncu pilləyə geriləyib.
“Fulhem” – “Nyukasl” görüşündə qalib müəyyənləşməyib. Qonaqlar 80-ci dəqiqədə Ceykob Mörfinin qolu ilə önə keçsələr də, üç dəqiqə sonra Rodriqo Munis tarazlığı bərpa edib – 1:1.
“Beşiktaş” xal itkisi ilə üzləşdi Super Liqa: “Trabzonspor”dan inamlı qələbə Premyer Liqa: “Siti” “Brayton”la bacarmadı La Liqa: “Barselona”dan darmadağın Milan derbisində sevinən tərəf “rossonyerilər” oldu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 07 Noyabr 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















