Icma.az
close
up
RU
Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 4 iyun, AZƏRTAC

Son illərdə Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini olduqca gücləndirib. Bir neçə qanunvericilik aktı və proseduru yenilənib. Bu da müvafiq qanunvericilik bazasını əhəmiyyətli dərəcədə təkmilləşdirib. Həmçinin bu sahədə işlərin gücləndirilməsi ilə bağlı Prezident qərarı, fərmanı imzalanıb. Bundan həm dövlət, həm də özəl sektor nümayəndələri faydalanacaqlar.

AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Respublikasının Kibertəhlükəsizlik Mərkəzinin Dövlət qurumlarında kibertəhlükəsizlik məsələlərinin koordinasiyası şöbəsinin müdiri Azamat Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu” çərçivəsində təşkil olunan "Regional təcrübə əməkdaşlıq" mövzusunda panel sesiyada çıxışı zamanı deyib.

"Bizim mərkəz Özbəkistan ərazisində olan insidentləri və hadisələri təhlil edir, onları araşdırır. Biz, həmçinin bütün cavab tədbirləri arasında koordinasiya işlərini idarə edir, hədəfləri və təhdidləri təhlil edib, onları maraqlı tərəflərə çatdırırıq. Bundan əlavə, bütün dövlət qurumlarının iştirakı ilə kibertapşırıqlar həyata keçiririk. Bu işləri görərkən bir neçə çətinliklə rastlaşmışıq. Bütün sektor üzrə təmsil olunan dövlət qurumları səlahiyyətlərini aydın şəkildə bilir. Keçirdiyimiz treninqlər sahəsində onların mindən artıq əməkdaşının bilik və bacarıqları yeni səviyyəyə qaldırılıb. Ölkəmizdə də bu sahədə resurs qıtlığı mövcuddur. Ona görə də çalışırıq ki, bunu arada qaldıraq. Bu sahədə olan bilik və bacarıqlar real təcrübə əsasında inkişaf etdirilə bilər. Bu isə uzunmüddətli bacarıqların inkişafı sahəsində mümkündür. Biz milli dayanıqlılığa keçid etməyi hədəfləyirik. Bunun üçün praktik təcrübə lazımdır və davamlı ixtisasartırma tələb olunur”, - deyə o diqqətə çatdırıb.

Azamat Abdullayev deyib ki, digər önəmli istiqamət akademik istedadın inkişafı və ali təhsil müəssisələri ilə əməkdaşlıqdır: “Bu istiqamətdə çalışırıq. Biz davamlı monitorinq və təkmilləşmə işinə də çox böyük diqqət yetiririk. Burada müvafiq təlimlər keçirilir. Bunlar əsas səmərəli işlərdən biridir. Kibertəlimlər, real ssenarilər və simulyasiyalar əsasında müxtəlif müsabiqələr keçiririk. Həmçinin bizim mütəxəssislər beynəlxalq kibertəhlükəsizlik yarışlarında iştirak edirlər”.

O vurğulayıb ki, Özbəkistan uzunmüddətli kibertəhlükəsizlik hazırlığına investisiya edir: “Kibertəhlükəsizlik klubları təşkil olunur və tələbələr, gənc peşəkarlar buraya cəlb olunurlar. Ölkədə, eyni zamanda, Kiberuniversitet yaradılıb. Burada kibertəhlükəsizlik və məlumat təhlükəsizliyi kursları təşkil edilib. Bir çox universitetlər kibertəhlükəsizlik proqramları tətbiq edir, yeni kiberlaboratoriyalar davamlı olaraq açılır. Biz beynəlxalq təşkilatlarla və özəl şirkətlərlə birlikdə müxtəlif sertifikat proqramları, tədbirlər həyata keçiririk. Kibertəhlükəsizlik potensialının artırılması birdəfəlik səy, plan, layihə deyil. Bu, uzunmüddətli səylərin nəticəsidir. Texnologiyalar təklikdə kibertəhlükəsizliyi təmin edə bilməz. Peşəkarlar, əməliyyat qaydaları və beynəlxalq əməkdaşlıq eyni zamanda önəmlidir".

Müxbirlər - Göyçək Mahmudlu, Pərvanə Qafarova

Fotoqraf - İlkin Cavanşirov

Videooperator - Vüsal Taqiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri