Icma.az
close
up
RU
Azat Axmetov: “Ermənistan siyasətində əxlaq axtarmağa dəyməz, çünki bu onlarda yoxdur” KONKRET

Azat Axmetov: “Ermənistan siyasətində əxlaq axtarmağa dəyməz, çünki bu onlarda yoxdur” KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan Rusiyaya Qərb istehsalı olan snayper tüfənglərini təkrar ixrac edir və bununla da Rusiya-Ukrayna münaqişəsində dolayı iştirakından yaxşı gəlir əldə edir.  KONKRET.az “The Insider”ə istinadən xəbər verir ki,  Rusiyaya birbaşa tədarükün dayandırılmasından sonra Aİ və ABŞ şirkətləri Ermənistana və bir sıra digər ölkələrə silah ixracını əhəmiyyətli dərəcədə artırıb. Məlum olub ki, Ermənistana ötürülən silahlar daha sonra Rusiyaya ötürülür.  Materialda qeyd edilir ki, Rusiyanın qonşularına Avropa İttifaqı və ABŞ-dən tədarükün artması heyrətamizdir.

Dünya ictimaiyyətinin, o cümlədən Ukraynanın İrəvanın bu cür “zarafatlarına” reaksiyası necə olacaq? Bu məsələ ilə bağlı xarici siyasi ekspertlərin fikirləri də maraqlıdır. Ukraynalı  ekspert, siyasi elmlər doktoru Pyotr Oleşçukun fikrincə , belə boz sxemlər var. Görünür, Ermənistan və bir sıra başqa dövlətlər də bu sxemlərə cəlb olunub.

“Bu cür əməliyyatlar çox güman ki, sırf maliyyə xarakterli taktiki maraqlar tərəfindən diktə edilir və belə bir nümunə hətta qeyri-adi deyil. Təəssüf ki, bu bizim reallığımızdır, yalnız bu cür əməliyyatları həyata keçirənlər nədənsə düşünmürlər ki, sonradan onlara qarşı belə sxemlərdən istifadə etmək olar. Burada Qərb tərəfdaşları üçün bir sual var. Niyə onlar Ermənistan kimi KTMT ölkələrini Rusiyanın müttəfiqi kimi qəbul etmirlər? Və ən azı onlara qarşı da sanksiyalar tətbiq edilməlidir.  Amma görünür, ayrı-ayrı Qərb ölkələrinin öz maraqları var, çünki bu məsələ müzakirə mövzusu deyil”, – deyə politoloq qeyd edib.

Onun fikrincə, Kiyev bu faktlara bəlkə də bir qədər gecikməklə cavab verəcək: “Məlumatı öyrənmək üçün vaxt lazımdır, lakin bundan sonra reaksiya mütləq gələcək. Bu cür faktlara hər zaman rəsmi reaksiya verilir. Xüsusən Rusiyanı silahlandırmaq kimi məsələlər çox ağrılı şəkildə qəbul edilir. Əgər Kiyevin reaksiyasının dərəcəsindən danışsaq, o zaman hesab edirəm ki, indiki şəraitdə hər şey diplomatik demarşlara qədər gedə bilər. Sadəcə ona görə ki, başqa təsir mexanizmləri azdır”.

Qazaxıstanlı  politoloq  Azat Axmetovun fikrincə, Ermənistanın adı  çirkli sövdələşmələrdə, o cümlədən qanunsuz silah biznesində hallanır: “Ermənistanın üçüncü ölkələr üçün Rusiya silahlarının satıcısı kimi çıxış etdiyi bir sıra qalmaqalları xatırlatmaq kifayətdir. Hətta Ermənistan baş nazirinin ailə üzvləri də bu çirkin sövdələşmələrdə iştirak edirdilər. Burada irimiqyaslı silah ticarəti dələduzluğunun əsas icraçısı olan silah baronu David Qalstyanın həbsi ilə bağlı qalmaqalı xatırlamaq kifayət edər. Erməni müxalifətçiləri bu ticarətə Nikol Paşinyan və onun ailə üzvlərinin başçılıq etdiyini iddia ediblər. Buradan belə bir nəticəyə gələ bilərik ki, bu cür çatdırılmaların cekpotu açıq şəkildə pis deyildi. Ermənistan siyasətində əxlaq axtarmağa  dəyməz, sadəcə bu onlarda yoxdur. Ermənistanda rus snayperlərinin bu silahlarla kimi öldürməsinin heç bir əhəmiyyəti yoxdur. Onların kommersiya maraqları var. Lakin hesab edirəm ki, yaxın gələcəkdə Ermənistan  Qərbin sanksiyaları ilə üzləşə bilər”.

Vəli Həsənov,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri