Icma.az
close
up
RU
Azay Quliyev büdcə müzakirələri zamanı çıxış edib

Azay Quliyev büdcə müzakirələri zamanı çıxış edib

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Deputat Azay Quliyev Milli Məclisdəki büdcə müzakirələri zamanı çıxış edib.

Moderator.az-ın məlumatına görə, A.Quliyev əvvəlcə 2027-ci ilin büdcə sənədindən danışıb:

“Çox mükəmməl hazırlanmış dövlət büdcəsi layihəsi ilə bağlı fikirlərimi qısa tezislər şəklində bildirməyə çalışacam. İlk olaraq onu deyim ki, 2027-ci ilin dövlət büdcəsi layihəsi Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursun uğurla davam etdirilməsi, Azərbaycanın dövlətçilik maraqlarının qorunması və milli inkişaf hədəflərinin reallaşdırılması üçün mühüm maliyyə təminatıdır. Qeyd olunduğu kimi, gələn ilin büdcəsi cari illə müqayisədə 1,7 faiz artımla nəzərdə tutulur, əlbəttə, bu, müsbət tendensiyadır, lakin fikrimcə əsas göstərici bu deyil. Əsas göstərici büdcə gəlirlərinin formalaşma mənbələrində baş verən yenilikdir. Söhbət dövlətimizin son illərdə qarşısına məqsəd qoyduğu strateji hədəflərdən ikisi istiqamətində əldə edilən ciddi nailiyyətdən gedir.

Birincisi, dövlət büdcəsinin neft-qaz gəlirlərindən asılığının azaldılmasıdır və təqdirə layiq haldır ki, gələn il büdcə mədaxilinin 60 faizdən çoxu son 20 ildə ilk dəfə olaraq qeyri-neft gəlirlərindən formalaşacaq, cari xərclərin də 90 faizdən çoxu yenə də qeyri-neft gəlirləri hesabına qarşılanacaq. Buna paralel olaraq, gələn il Dövlət Neft Fondundan transfertin məbləği bu illə müqayisədə 935 milyon manat azalacaq.

Əgər hökumət transfertin həcmini azaltmasaydı, büdcə artımı 2026-cı illə müqayisədə 1,7 faizdən daha yüksək olardı.

Bu da onu göstəriri ki, hökumət doğru olaraq büdcənin həcminə deyil, onun dayanıqlılığına və səmərəliliyinə daha çox üstünlük verib. İkincisi, hökumətimiz uzun müddət çalışırdı ki, şəhər və rayonlarımız özləri öz xərclərini təmin edə bilsinlər, yəni, dövlət dotasiyasından asılı olmasınlar. Nəhayət, 2027-ci ildə ilk dəfə olaraq biz bu hədəfə çatırıq. Gələn ilin büdcəsində şəhər və rayonlara heç bir dotasiya ayrılmayacaq, yerli xərclər yerli gəlirlər hesabına qarşılanacaq”.

Azay Quliyevin sözlərinə görə, təkcə bu iki fakta görə ölkədə aparılan iqtisadi islahatların özünü doğrultduğunu və qeyri-neft-qaz sektorunun inkişafı perspektivi üzrə verilən müsbət proqnozların kifayət qədər əsaslı olduğunu demək mümkündür:

“Bildiyiniz kimi, büdcənin başqa mühüm komponenti gəlirlərin nə dərəcədə rasional bölüşdürülməsi ilə bağlıdır. Düşünürəm ki, bu bölgü də kifayət qədər balanslı və ədalətlidir, xüsusilə, dövlətimizin qarşısında duran bütün prioritet istiqamətləri əhatə edir.

Əsas priroritetlər sırasında yenə də əhalinin sosial vəziyyətinin və rifah halının yaxşılaşdırılması dayanır. Ayrıca qeyd etmək lazımdır ki, gələn il növbədə olan qazi və şəhid ailələri üçün 600 mənzilin alınmasına, ən vacibi isə cənab Prezidentin nəzərdə tutuduğu böyük sosial paketin icrasına büdcədən lazımi həcmdə maliyyə ayrılacaq.

Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsinin vacibliyini isə xüsusi qeyd etməyə ehtiyac yoxdur. Çünki bu, bizim üçün təkcə quruculuq işi deyil, həm də milli maraqlarımızın tələb etdiyi strateji hədəfdir. Eyni dərəcədə əhəmiyytəli olan məsələ dövlətimizin müdafiə qabiliyyətinin artırılması və xalqımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır.

Bu gün Ermənistanla əldə olunmuş sülhün hələ də kövrək olması, cənub və şimal sərhədlərimizdə təhlükəli müharibələrin davam etməsi, ölkəmizə qarşı təhdidlərin və ictimai-siyasi sabitliyə yönəlmiş cəhdlərin mövcudluğu bizə diktə edir ki, bu sahə büdcənin priroritet istiqamətləri sırasında saxlanılsın”.

Deputat bildirib ki, gələn ilin büdcə xərclərində rəqəmsal inkişafın, süni intellektin və innovativ texnologiyaların tətbiqinin sürətləndirilməsi, təhsil sahəsində aparılan köklü islahatların və səmərəli təhsil modelinə keçidin dəstəklənməsi, habelə səhiyyə sisteminin və tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə vəsaitlərin artırılmasını da dəstəkləyir:

“Fürsətdən istifadə edib, vacib saydığım iki təklifi də qısa olaraq hökumətin diqqətinə çatdırmaq istərdim. Birinci məsələ gənclərlə bağlıdır. Bilirsiniz ki, cənab Prezident son çıxışlarında xaricdən idxal olunan ideoloji təhlükə məsələsinə ayrıca toxunub. Bu təhlükənin əsas hədəfində isə milli birliyimiz, dövlətçilik maraqlarımız, yeniyetmələrimiz və gənclərimizdir. Bu baxımdan, ölkədə fəaliyyət göstərən 35 “Gənclər Evi”nin bu çağırışlara və ideoloji müdaxilələrə adekvat cavab verməsi, fəaliyyətinin yenidən qurması məqsədilə onlara ayrılan 5,3 milyon illik büdcəyə yenidən baxılmasıni təklif edirəm.

İkinci təklifim Bakı şəhərində sovet dövründə tikilmiş kooperativ binalarla bağlıdır. Büdcə layihəsində dövlət balansında olan yaşayış binalarının dam örtüklərinin, fasadlarının və pilləkən qəfəslərinin təmiri üçün 60 milyon manat ayrılıb. Lakin kooperativ binalar dövlət balansında olmadığına, onların saxlanılması sakinlərin öhdəliyinə aid edildiyinə görə həmin binalar dövlətin dəstəyindən faydalana bilmir. Hüquqi baxımdan hökumətin bu yanaşması doğrudur, lakin problemin həlli deyil.

Düşünürəm ki, məsələnin həlli iki formada ola bilər: ya həmin binalar dövlət balansına keçirilsin, ya da onların təmiri üçün birdəfəlik maliyyə vəsaiti ayrılsın, təmir edildikdən sonra binaların saxlanılması sakinlərin öhdəliyinə verilsin. Çox böyük maliyyə tutumu olmayan hər iki məsələnin nəzərdən keçirilməsini hökumətdən xahiş edirəm.

Büdcə layihəsini dəstəkləyirəm və ona səs verəcəm.
Diqqətinizə görə çox sağ olun”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Noyabr 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri